Şənbə , Dekabr 4 2021
Ana səhifə / Cəmiyyət / Ramiz Mehdiyev bu şəxslərə vəzifə verdi – SİYAHI

Ramiz Mehdiyev bu şəxslərə vəzifə verdi – SİYAHI

AMEA Rəyasət Heyətinin iclası keçirilib.

AMEA-dan verilən məlumata görə, iclasda bir sıra kadr məsələlərinə də baxılıb.

Akademik Muxtar İmanov AMEA-nın Folklor İnstitutunun, AMEA-nın müxbir üzvü Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun, tarix elmləri doktoru Məryəm Seyidbəyli AMEA-nın Elm Tarixi İnstitutunun, hüquq elmləri doktoru Aytən Mustafazadə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı AMEA Hüseyn Cavidin Ev Muzeyinin, filologiya elmləri doktoru Nadir Məmmədli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun, tarix elmləri doktoru Abbas Seyidov isə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifələrinə təsdiqləniblər. Aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazovun Zoologiya İnstitutunun direktoru vəzifəsini icra etmə müddətinin isə uzadılması qərara alınıb. Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırova AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova isə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi vəzifələrinə təsdiq olunublar.

Həmçinin oxuyun

Azərbaycan gəncliyinin sabahı xanım siyasətçinin baxış rakursundan

Prezident İlham Əliyev Şuşada hərbçilərlə görüşəndə bu qələbənin tarixi əhəmiyyətini də vurğuladı, qələbəni qazananlara Vətən …