Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Ramiz Mehdiyev: “Azərbaycan güclü və nüfuzlu dövlətdir” 

Ramiz Mehdiyev: “Azərbaycan güclü və nüfuzlu dövlətdir” 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin “Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın təcəssümü kimi” adlı məqaləsi dərc olunub.

Siyasi məqalədə ciddi nüanslara toxunulub:

– Azərbaycan bütün funksiyalarını, sosial və siyasi təyinatını ardıcıl yerinə yetirən güclü, effektiv, mükəmməl, nüfuzlu və özünə güvənən dövlətdir.

– Azərbaycanda dövlət hakimiyyəti böyük Qərb dövlətlərinin ölkə rəhbərliyini güclü dövlət ideyasından imtina etməyə və dövlət funksiyalarının çoxunu həmin dövlətlər tərəfindən maliyyələşdirilən vətəndaş qurumlarına verməyə məcbur etmək məqsədi daşıyan şantajına və təzyiqinə uymur.

– Heydər Əliyev Azərbaycan xalqını fəlakətlərdən xilas etdi.

– Bəşəriyyət getdikcə daha çox əmin olur ki, XXI əsr biliklər, yüksək texnologiyalar, sürətli innovasiyalar və elm tutumlu istehsalatlar əsridir. Dünya prinsipcə yeni texnoloji uklada daxil olur, bu isə dövrlərin dəyişməsinə, əvvəlki dünya nizamının transformasiyasına dəlalət edir. Bəs, bu qədər çoxmənalı prosesdə millətlər və dövlətlər özlərini qoruyub saxlaya biləcəklərmi? Bu gün bu problem həm alimlərin, həm də dövlət xadimlərinin və bir sıra dövlətlərin siyasi elitasının diqqət mərkəzindədir.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın