Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəmiyyət / Ramazanın başlama təqvimi və qaydaları

Ramazanın başlama təqvimi və qaydaları

Bu il Ramazan ayı mayın 6-da başlayır. QMİ-nin ilin əvvəlində hazırladığı təqvimdə göstərilir ki, mayın 6-sı Ramazan ayının 1-nə, yəni orucluğa təsadüf edir. Lakin QMİ-dən bildirdilər ki, İdarə aprelin 29-da toplantı keçirəcək və bu zaman Ramazan ayının başlaması təqvimi elan olunacaq.

Bilindiyi kimi, bəzi İslam məzhəb və cərəyanları Ramazan ayının və ümumiyyətlə təqvimin başlaması üçün yeni ayın hilalının görünməsi, özü də insanın öz gözləri ilə görməsini şərt bilirlər. Bir sıra ölkələr isə texniki hesablama qaydasına əsasən ilin əvvəlindən təqvim elan olunur. Buna görə də adətən Ramazan və Qurban bayramları zamanı bu cür fikir ayrılıqları yaranır. Bu mənada ayın başlaması ilə bağlı fikir ayrılıqları yəqin ki, bu ildə olacaq.

Qeyd edək ki, artıq Türkiyədə də Ramazan ayının başlanması tarixi elan olunub. Mayın 6-da Türkiyədə ilk Ramazan ayının birinci günü olacaq.

Oruc tutmaq bütün səmavi dinlərdə rast gəlinən (formalarında fərq var – K.R.) ibadətdir. Bu səbəbdən də Quran-Krimin Bəqərə surəsinin 183-cü ayəsində buyurulur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”

İslam dinində oruc tutmaq vacib ibadətlər kateqoriyasına aiddir. Yalnız xüsusi hallarda, səhhət və eləcə də təbii olaraq oruc tutması mümkün olmayanlar istisna olmaqla bütün müsəlmanlara Ramazan ayında oruc tutmaq vacibdir. Bu ayda üzürlü olaraq oruc tuta bilməyənlər sonrakı il ərzində oruc tutmalıdırlar.

Ramazan ayında müsəlman olan şəxsin yaşı və səhhəti, eləcə də digər məhdudiyyətlər olmadğı halda oruc tutması vacibdir. Quranda oruc tutmağn qaydaları haqqında bır sıra ayələr mövcuddur. O cümlədən, “(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidir. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sızin üçün nə qədər xeyirlıdir!” (Bəqərə surəsi, ayə 184).

İslam tarixi mənbələrinə əsasən Ramazan ayı orucu hicrətin 2-ci ilindən qeyd olunmağa başlayıb. İmam Əli (ə) buyurur ki, “Oruc qul ilə Yaradanı arasında bir ibadətdir, Allahdan başqa kimsə onu bilə bilməz”.

Oruc tutmaq insanı Allaha daha da yaxınlaşdırır. Bir ay boyunca imanlı müsəlman Allah üçün dan yeri ağarandan axşam vaxtına qədər ac, susuz qalır, eləcə də adi günlərdə edə bildiyi bir sıra gündəlik işlərdən imtina edir. Eyni zamanda oruc tutan insan ac və susuz qalmanı praktiki olaraq yaşayır və ehtiyaclı insanlara qarşı təbii bir mərhəmət hissi yaşayır, ona səbri aşılayır. İslam Peyğəmbəri (s.ə.s) buyurur: “Bu aydakı aclıq və susuzluqla qiyamət gününün aclıq və susuzluğunu yad edin”. Oruc tutmaq insanı sağlamlaşdırır. Həzrət Məhəmməd (s.ə.s) buyurur: “Oruc tutun ki, sağlam olasınız”.

Oruc tutan insan sübh azanından (dan yeri ağarandan – K.R.) şam azanına qədər, yəni günəş batdıqdan sonra orucu pozan 9 əməldən (yemək-içmək, cinsi yaxınlıq, yalan danışmaq, qatı tozu udmaq, sübh azanına qədər bilərəkdən cənabətli qalmaq, maye ilə imalə etmək, qusmaq (qəsdən özünü qusmağa məcbur etmək) uzaq durmalıdır. Oruc yalnız ac və ya susuz qalmaq deyil, həm də insanın gündəlik etdiyi bir sıra əməllərdən çəkinməsi, daha diqqətli olması və gününü ibadətə həsr etməsi kimi şərh olunur. Oruc tutan müsəlman axşam gün batan zaman verilən şam azanı ilə orucunu açır.

Ramazan ayı ile ilgili görsel sonucu

İftar zamanı dua oxunur: “Əllahummə ləkə sumtu va əla rizqikə əftərtu va ələykə təvəkkəltu ya vasiəl-məğfirəti iğfir li”. Tərcüməsi belədir: “Ey mehriban Allah! Sənin əmrinlə oruc tutub və Sənin verdiyin halal ruzi ilə iftar edirəm, Sənə təvəkkül edirəm. Ey böyük rəhmət sahibi, mənim günahlarımı bağışlayıb mənə rəhm et!”

Ramazan ayının mühüm təqvimlərindən biri də Qədr gecələridir. İslam mənbələrinə görə, Quran-Kərim müqəddəs Peyğəmbərimizə məhz bu gecədə nazil olub. Odur ki, müsəlmanların hər il Ramazan ayında bu gecədə oyaq qalıb dua etmələri savab əməl sayılır. İslam mənbələrində Ramazan ayının sonuncu 10 günün tək günləri, xüsusən də Ramazan ayının 19, 21, 23 və 27-ci gecələridir. Bu il müvafiq olaraq mayın 23, 25, 27 və 31-i qədr gecələri qeyd olunacaq.

Quran-Kərimin 97-ci surəsi olan Qədr surəsi bu münasibətlə nazil olunub. Qədr gecəsi Quranın nazil olduğu, xeyir və bərəkətli gecə kimi təsvir olunur. “O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!) (Qədr surəsi, 5-ci ayə).

Quran-Kərim və hədisələrdə Ramazan ayı və oruc ibadətinə böyük önəm verilib. Həzrət Məhəmməd (s.ə.s.) Ramazan ayının başlanması ilə bağlı söylədiyi məşhur çıxışda buyurur: “Ey insanlar! Həqiqətən bu ayda Cənnət qapıları açıqdır. Allahdan qapılarını sizin üçün bağlamamasını diləyin. Bu ayda Cəhənnəm qapıları bağlıdır. Allahdan Cəhənnəm qapılarının sizin üzünüzə açılmamasını diləyin. Bu ayda şeytanlar zəncirlənmiş olarlar. Dua edin ki, Allah onların şərindən sizi uzaq etsin”.

Hicri-Qəməri təqvimə əsasən, ayın görünməsindən asılı olaraq Ramazan ayı 29 və ya 30 gün davam edə bilər. Oruc tutan müsəlmanlar sonuncu Ramazan axşamında qeyd olunan məbləğdə fitrə zəkatı çıxıb onu kasıb, ehtiyaclı insanlara bağışlamalıdır. Fitrə zəkatı Ramazan ayının sonuncu günü, axşam azanı zamanı, yəni bayram elan olunduqdan sonra ayrılmalı və sabah ehtiyaclı insanlara verilməlidir. (Musavat.com)

Həmçinin oxuyun

“30 ildir çatladıq, Əliyevdən “vur” əmri, gəlincə rahatladıq…”

Azərbaycanın Qarabağda apardığı 44 günlük savaş ərzində qardaş Türkiyə dövləti və xalqı bu haqq savaşına …