Cümə axşamı , May 23 2019
Ana səhifə / Cəmiyyət / Ramazan münasibətilə iftar verilib – FOTOLAR

Ramazan münasibətilə iftar verilib – FOTOLAR

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli mübarək Ramazan ayı münasibətilə tədbir keçirib.

Tədbirdə ilk olaraq müqəddəs vətən şəhidləri dualarla anılıb. Daha sonra çıxış edən C.Əzimbəyli bu tədbirin və iftar süfrəsinin “Ovqat” AB Şirkətinin dəstəyi ilə təşkil olunduğunu qeyd edib. O, müqəddəs Ramazan ayının mübarək fəzilətlərindən söz açıb: “Quranın nazil olduğu bu müqəddəs ayda ölkəmizin, millətimizin birlik və bərabərliyinin mühafizə olunması, eləcə də işğalda olan doğma torpaqlarımızın azadlığı üçün dua etmək imandandır. Bu ayda edilən savab əməllər isə Allah dərgahında heç vaxt cavabsız qalmır. Ona görə də şəhid, qazi ailələrini Ramazanda daha çox ziyarət etmək və onları sevindirmək, xeyirxah işlər görmək bu ayın şəninə hörmət əlamətidir. Bu ilahi fürsəti qaçırmayaq”.

İftar süfrəsində çıxış edən ilahiyyatçı alim Hacı Şahin Həsənli bildirib ki, orucluğun mənəvi həyatımızda əhəmiyyəti olduqca böyükdür: “Bir insan oruc tutduğu halda başqalarına iftar süfrəsi açması iki qat savabdır. Məhz bu səbəbdən daim halallığa xidmət edən “Ovqat” şirkətinin bu ilahi ziyafətə verdiyi dəstək alqışa layiq əməldir. Biz hər zaman xeyirxah əməl sahiblərinə öz diqqət və qayğımızı artırmalıyıq ki, onlar savab əməllərini daha da artırsınlar”.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, ilahiyyatçı alimlər Elvüsal Məmmədov, Ağa Hacıbəyli, Elşad Mahmudov, Ceyhun Əliyev və digərləri iştirak ediblər.

Azinforum.az 



Həmçinin oxuyun

“Şənbə və bazar günləri bu barlar fahişələrin dalınca gələn gələn ərəblərlə dolu olur”

Bakının Nəsimi rayonu, Səməd Vurğun, Vidadi və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki yaşayış binalarının zirzəmiləri artıq …