Çərşənbə , May 22 2019
Ana səhifə / Cəmiyyət / Ramazan ayında ət tapmasanız bununla qidalanın

Ramazan ayında ət tapmasanız bununla qidalanın

Professor Canan Karatay gələn həftə başlayacaq Ramazan ayı ilə bağlı açıqlamalar verib. O, oruc tutacaq insanlara bir neçə məsləhət verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkim bildirib ki, bu məsləhətlərə əməl edənlər daha sağlam olacaq və Ramazan ayını daha yaxşı keçirəcəklər.

İsti havalara təsadüf edən Ramazan ayında bədənin su ilə yanaşı duza da ehtiyacı olur. Bu ərəfədə su ilə birlikdə duz da qəbul etmək lazımdır. Eyni zamanda sümük yeməyi məsləhət görüb: “Sümüyün daxilində olan maddələr beynin işləməsinə kömək edir, eyni zamanda enerji mənbəyidir. İnsan bu qida ilə uzun müddət yorğunluq hiss etmədən yaşaya bilər. Dərmanlanmayan fındıqdan da Ramazan ayı boyunca istifadə edilməlidir. Səhər tezdən yumurta, yağ, pendir, zeytun yeyilməlidir. Süd və çay şirin içmək olmaz. Ən əsası daha çox su içmək lazımdır”.

Həmçinin oxuyun

Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq

Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə …