Ana səhifə / Cəmiyyət / “RAHAT” supermarketlər şəbəkəsi “Johnson&Johnson” məhsullarını satışdan çıxarıb

“RAHAT” supermarketlər şəbəkəsi “Johnson&Johnson” məhsullarını satışdan çıxarıb

“RAHAT” supermarketlər şəbəkəsi bütün “Johnson & Johnson” şirkətinin məhsullarını satışdan yığışdırıb.


Demokrat.az-ın “RAHAT” supermarketlər şəbəkəsindən əldə etdiyi məlumata görə, bu addım “Johnson & Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb. 


Mərkəzi ABŞ-da yerləşən şirkət rəsmən Azərbaycanın ərazi bütövlütünü dəstəkləyən bəyanatla çıxış etməyənədək “Johnson & Johnson” məhsulları “RAHAT” supermarketlər şəbəkəsindən satılmayacaq. 


Qeyd edək ki, “Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.

Həmçinin oxuyun

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ! Bu gündən…

Bu gündən – 15 may 2021-ci il tarixindən “WhatsApp” messenceri istifadəçiləri seçim qarşısında qalır.Belə ki, …