Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Cəmiyyət / Rafiq Hüseynovun cənazəsi Bakıya gətirilib – FOTOLAR

Rafiq Hüseynovun cənazəsi Bakıya gətirilib – FOTOLAR

Xalq artisti, diktor Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib.

Xalq artistinin cənazəsini Almaniyadan gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Cənazəni mərhum diktorun ailə üzvləri, qohumları, sənət yoldaşları qarşılayıblar.

Qeyd edək ki, xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək. O, II Fəxri xiyabanda dəfn olunacaq. Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.

Xatırladaq ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

APA

Həmçinin oxuyun

Əliyar Əliyev və Mais Bərxudarovun – FOTOSU

Azərbaycanın Milli Qəhrəman Əliyar Əliyevin yeni fotosu yayılıb.  Fotoda hazırda Qarabağda döyüş meydanında olan general-mayor …