Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Rafiq Əliyev, Ramiz Rövşən və bir qrup ziyalı Lütfi Zadənin məzarını ziyarət ediblər

Rafiq Əliyev, Ramiz Rövşən və bir qrup ziyalı Lütfi Zadənin məzarını ziyarət ediblər

Dünyanın nəhəng alimlərindən biri, bəşər tarixində elmə yanaşmanı dəyişən, elmi nəzəriyyələri ilə inqilab yaradan Lütfi Zadə dünyasını dəyişsə də, onun özü xatirələrdə yaşayır.

Moderator.az xəbər verir ki, dünən Lütfi Zadənin elmdə ən yaxın silahdaşı olan, 40 ildən çox zaman müddətində onunla birgə çalışan, həmyerlimiz, dünyada tanınan alim, professor Rafiq Əliyev başda olmaqla bir qrup ziyalı Zadənin Fəxri Xiyabandakı məzarını ziyarət edib.

Zadə işığını salamlayanlar arasında şair Ramiz Rövşən, rejissor Ramiz Həsənoğlu, professor Qulu Məhərrəmli, yazıçı Yaşar Əliyev və digər tanınmış ziyalılar olub.

Həmçinin oxuyun

Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı

Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq …