Bazar , Sentyabr 22 2019
Ana səhifə / Cəmiyyət / Rəsulzadə ilə bağlı daha bir qalmaqallı xəbər

Rəsulzadə ilə bağlı daha bir qalmaqallı xəbər

Sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin adının Bakının Sabunçu rayonundakı küçədən götürüldüyü barədə məlumat yayılıb.

Məlumata görə, küçəyə uzun illər SSRİ Dövlət Plan Komitəsinə rəhbərlik etmiş bakılı Nikolay Baybakovunadı verilib.

Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov açıqlamasında yayılan məlumatlarla tanış olduqlarını, ancaq həqiqəti əks etdirmədiyini bildirib: “Sabunçu rayonu ərazisində  perpendikulyar küçələr var. Həmin küçələrdən biri Məhəmməd Əmin Rəsulzadənin adını daşıyır. Rəsulzadənin adını daşıyan küçə hazırda da mövcuddur. Bizə də bir neçə vətəndaş  küçədən Rəsulzadənin adının götürülməsi ilə bağlı müraciət edib.  Məlumat üçün deyim ki, küçədən Rəsulzadənin adı götürülməyib”.

Qəsəbə nümayəndəsi Baybakovun adını daşıyan küçənin yeni olduğunu deyib: “Sabunçu rayonu ərazisindəki küçələrdən birinə bu yaxınlarda  Nikolay Baybakovun adı verilib. Baybakovun adı verilən lövhəni Əmlak Məsələləri üzrə Dövlət Komitəsi gətirib küçəyə asıb. Hazırda həm Rəsulzadənin, həm də Baybakovun  adını daşıyan küçələr mövcuddur”. Modern.az

Həmçinin oxuyun

Dənizdə dalğanın hündürlüyü 6,3 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi saat 21:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb. Nazirliyin …