Ana səhifə / Cəmiyyət / Rəsul Quliyev Primakovdan yazdı – “Əgər, Primakov prezident olsa idi…”

Rəsul Quliyev Primakovdan yazdı – “Əgər, Primakov prezident olsa idi…”

Bu gün  Rusiyanın tanınmış dövlət xadimi Yevqeni Primakov dünyasını dəyişib. Bu nəhəng siyasət adamı ilə bağlı çoxlu sayda fikirlər bildirilib. Hazırda ABŞ-da yaşayan Azərbaycan Milli Məclisinin sabiq sədri Rəsul Quliyev də Primakov barədə düşüncələrini bölüşüb. Azinforum.az sabiq spikeri fikirlərini təqdim edir:

“Primakov, rus olmamasına baxmayaraq, ən qatı millətçi və imperiya ideyasının daşıcısı olan bir şəxs idi. Eynilə, milliyətcə rus olmayan Stalin, Dzerjinski və başqaları kimi… Sovet İttifaqının dağılmasının qarşısını almaq üçün 1990-cı ildə Bakı qırğınının ideoloji atası və təşkilatçısı da Primakovdur.

Primakovun hesablamalarına görə, bu qırğın başqa respublikalar üçün də dərs olmalı və mərkəzdənqaçma prosesinin qarşısını almalı idi. Ancaq bu qırğından 2 il sonra Sovet İttifaqı dağıldı. Primakovun səhv ideologiyasının nəticəsində, bu dağılma həm də “düşmənlərin ayrılması” kimi baş verdi. Və nəticə etibarilə, bu gün Rusiya Federasiyası (RF) ətrafında onunla səmimi dost olan bir dövlət də qalmayıb.

Balkanlardakı vətəndaş müharibəsi dövründə Primakov əvvəl KGB sədri, sonra Xarici İşlər naziri və sonra Baş nazir vəzifələrində çalışırdı. Məhz onun imperiya siyasətinin nəticəsində bu regionda 3 milyondan artıq insan həlak oldu.

Onun siyasəti ilə RF, insana nifrət etmək xislətinə malik Miloşeviçi dəstəkləyirdi və Qərbin bu məsələni həll etməsinə imkan vermirdi. Nazirlər sovetinin sədri kimi, ABŞ vitse-prezidenti ilə görüşə uçduğu vaxt ABŞ-ın Yuqoslaviyanı bombalamağa başladığı xəbərini eşidib, təyyarəni yarı yoldan geri qaytardı. 1996-cı ildə yenidən prezident seçilkdikdən sonra Yeltsin öz yerinə prezident olmağa adam axtarırdı. Bir namizəd kimi, o, Kirilenko, Nemtsov, Primakov, Stepaşini sınaqdan keçirdi. Bu namizədlərin hər biri müxtəlif səbəblərdən yaramadı. Primakov diktaturaya meylli, imperiya təfəkkürlü olduğuna görə, Yeltsin tərəfindən rədd edildi. Ancaq onun ən böyük səhvi Putinin prezidentliyə ən layiqli namizəd olduğuna inanmasıydı. Əgər Primakov prezident olsaydı, Putin kimi diktatura qurmaqçün 4 il gözləməyəcəkdi, o dəqiqə başlayacaqdı. Sözsüz, korrupsiya və rüşvət bu səviyyədə olmayacaqdı. Ətrafındakı respublikaların hamısını real qorxu içərisində yaşamağa məcbur edəcəkdi…”.

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın