Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Rəsul Quliyev də 1-ci Avropa Oyunlarının açılışını bəyənib

Rəsul Quliyev də 1-ci Avropa Oyunlarının açılışını bəyənib

Avropa Oyunlarının açılışını izləmək imkanınız oldumu? Təəssüratlarınız necədir?

Moderator.az-ın bu sualına eks – spiker Rəsul Quliyevin cavabından bəlli olur ki, o da bu açılışdan məmnun qalıb:

“Açılışa baxdım. Təşkilat komitəsi açılışın qrandioz olması üçün ciddi çalışıb. 28 xarici dövlətdən iştirak edən 300 yaradıcı kollektiv ( bunlar dünyada tanınmış kollektivlərdir) böyük finans imkanları mühitində belə bir açılışın təşkil edəcəyinə inanmamaq mümkün deyildi. Sözsüz, açılış ssenarisində azərbaycanlıların iştirakı danılmaz idi. Xüsusilə Nizaminin “Xəmsə”sinin əsasında miniatürlərdən istifadə edilməsi (baxmayaraq ki, bu səhnələr bir qədər uzadıldığına görə qismən darıxdırıcı oldu) çox ehtimal təşkilat komitəsinin ideyasıdır. Narın səhnəyə gəlməsi Azərbaycana məxsusdursa fikirimcə dənələrinin qırmızı şar şəkilində stadiona səpələnməsi hansısa xarici yaradıcı kollektivdən gəlir. Bir sözlə, açılışda “Avropa və Yaxın Şərq mədəniyyəti bir – birini tamamlayır” ideyası hegemon rol oynayırdı.”

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın