Ana səhifə / Cəmiyyət / Rəşid Mahmudov: “İcra başçılarının çoxu harınlayıb, onları mən kiçik padşahlar adlandırıram”

Rəşid Mahmudov: “İcra başçılarının çoxu harınlayıb, onları mən kiçik padşahlar adlandırıram”

“Onların hamısı vəzifədən uzaqlaşdırılıb yerlərinə gənc, savadlı kadrlar təyin olunmalıdır. Yığdıqları var-dövlətləri də dövlətin büdcəsinə qaytarılmalıdır”

Bunu tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib.

R.Mahmudov ölkədə aparılan islahatların müsbət nəticələr verəcəyini bildirib:

“İcra başçısı jurnalistlərə açıqlama verib deyir ki, kirayədə qalıram, amma araşdıranda altından milyardları çıxır. Adama deyərlər sən kimi dolayırsan?! Bunların çoxu əlli yaşında instituta daxil olub guya təhsil alıblar. Bu yaşda instituta daxil olan adamın təfəkkürü necə olacaq, o, nə bilir xalq nədir. Onlar ölkə başçısının səmimiyyətindən sui-istifadə edib onu aldadırlar. Prezident çıxışında özü dedi ki, sən demə icra başçıları vəzifəyə rüşvət verib gəlirmiş. Mən bir dəfə demişdim ki, altıncı sinifdə rum rəqəmlərini keçirlər, amma bunlar iyirminci əsrə iks-iks əsri deyir. İki min iyirmi deyə bilmir, iyirmi-iyirmi deyir. Belə şey olarmı?! Bunların heç altıncı sinif savadı yoxdur. Onların hamısı vəzifədən uzaqlaşdırılıb yerlərinə gənc, savadlı kadrlar təyin olunmalıdır. Yığıdıqları var-dövlətləri də dövlətin büdcəsinə qaytarılmalıdır. Mən hamısına şamil etmirəm, elə rayonlar var ki, orda normal işləyirlər, insanları qəbul edirlər. İcra başçılarının çoxu harınlayıb, onları mən kiçik padşahlar adlandırıram.

Gənc vaxtı kafedra müdirimizə çap üçün məqalə verdim, amma o, bunu səkkiz ay kabinetində saxladı. Onda əsəbiləşib səbəbini soruşdum, dedim ki, pisdirsə, yaz üstün pisdir, niyə saxlamısan bunu? Bunu deyə bilmirdi və sonra qəzetlərin birində “kiçik padşahlar” adlı məqalə yazdım. Onda da vəzifəli adamlar özlərini belə aparırdılar. İcra başçılarını vəzifəyə qoymuşdular ki, milləti dolandırsanlar, onların qaydına qalsınlar. Hər şeydən əvvəl biz insanıq, bir-birimizə kömək etməliyik, ölkə düzəlməlidir, belə olmaz. Bəlkə mən səhv deyirəm?! Ölkə başçısına kömək etmək lazımdır”.Moderator

Həmçinin oxuyun

Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir – FOTO

“Buglance” şirkətinin təsisçisi və direktoru Toğrul Səməd (Səmədov) “McDonald’s”ı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə dəstək …