Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / RƏŞAD MƏMMƏDOVUN AZADLIĞA ÇIXMASI  ÜÇÜN YOL AÇILIR –  ONUN “PODELNİKİ” AZAD EDİLDİ

RƏŞAD MƏMMƏDOVUN AZADLIĞA ÇIXMASI  ÜÇÜN YOL AÇILIR –  ONUN “PODELNİKİ” AZAD EDİLDİ

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədovla birlikdə həbs edilən Arzu Məmmədov azadlığa buraxılıb.
A.Məmmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə müraciət edib. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq aparılır.
Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib(apa).

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın