Bazar , Sentyabr 26 2021
Ana səhifə / Cəmiyyət / Rəşad Məcid şəkil qalmaqalına nöqtə qoydu

Rəşad Məcid şəkil qalmaqalına nöqtə qoydu

“Onlara xalq yazıçısı adı yeni verilib. Ümumiyyətlə, bu media mövzusu deyil”.

Bu sözləri AYB-nin katibi Rəşad Məcid ölkə başçısının sonuncu sərəncamı ilə Xalq yazıçısı adına layiq görülən Musa Yaqub, Ramiz Rövşən, Kamal Abdulla və Afaq Məsudun fotolarının Birliyinin Xalq yazıçısı və Xalq şairi lövhələrində hələ də olmaması məsələsinə münasibət bildirərkən deyib. 
O, ümumiyyətlə bu mövzunun mediada müzakirə olunmasını qınayıb: “Adətən ənənə belədir ki, özləri seçib istədikləri şəkli gətirirlər. Gətirəcəklər və şəkilləri vurulacaq. Divara şəkil vurulması qaça-qaçdı?! Medianın bu qədər problemi var, gedib medianın ciddi problemləri ilə məşğul olsunlar”.
Qeyd edək ki, mövzuyla bağlı Kulis.az-a açıqlamasında AYB sədri, Xalq yazıçısı Anar məsələyə münasibətini bu sözlərlə bildirib: “Özlərinə demişik ki, şəkillərini gətirsinlər. Bir-iki nəfər gətirib, vermişik. Qalanları da bir-iki günə gətirəcək. İstəsəniz gəlib görərsiniz”.
Qaynarinfo

Həmçinin oxuyun

Bakıda məktəb direktorundan BİYABIRÇI ÇIXIŞ – VİDEO

Bakıda məktəb direktorlarından birinin sosial şəbəkədə çıxışı yayılıb. Şagird və valideynlərin qarşısında çıxış edən direktor …