Ana səhifə / Cəmiyyət / Rəqqasə ilə açıq Zülfiyyənin oğlu arasında verilişdə gərginlik yarandı, Renka ağladı – VİDEO

Rəqqasə ilə açıq Zülfiyyənin oğlu arasında verilişdə gərginlik yarandı, Renka ağladı – VİDEO

Rəqqasə Rəna Ağamuradova (Renka) və aşıq Zülfiyyə İbadovanın oğlu Babəkin qonaq olduğu “İndi başla” verilişində qalmaqallı anlar yaşanıb. 

Azinforum.az Axşam.az-a istinadla xəbər verir ki, Renka dünyasını dəyişən atasından danışıb və kövrəlib. Həmin an Babək “off” deyib. Renka isə əsəbiləşib “Deyəsən, əsəbiləşdiniz. Siz də danışanda mən belə edim? Mən elə tərbiyədə deyiləm ki, edim” sözlərini söyləyib. 

Babək isə yanlış anlaşıldığını söyləyib. 

Zülfiyyə isə “Ona görə etmədi. Babək nənəsini, babasını çox istəyib” deyib. Babək anasına “Açıqlama vermək məcburiyyətində deyilsən” deyərək, onun danışmasına imkan verməyib. 

Rəqqasə ilə Babək arasında mübahisə getdikcə böyüyüb və Renka ağlamağa başlayıb. 

Həmçinin oxuyun

“Aygün Bəylərin ev-muzeyinə ehtiyac yoxdur” – Cavanşir Quliyev

“Əməkdar artist Aygün Bəylərin ev-muzeyinə ehtiyac yoxdur”. Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar …