Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Cəmiyyət / Rəhman Rəhmanovun gəlini efirdə ailə sirlərini ÜZƏ ÇIXARDI

Rəhman Rəhmanovun gəlini efirdə ailə sirlərini ÜZƏ ÇIXARDI

Əməkdar artist Rəhman Rəhmanovun mərhum oğlu İlham Rəhmanovun həyat yoldaşı Azadə efirə çıxaraq, qayınanası Ulduzə xanımın səsləndirdiyi “Övladlarım üzərində əziyyətim hədsiz dərəcədə çox olub. Birinci övladım İlham xəstə olub. 9 il ona görə xəstəxanalara gedib, gəlmişəm. İlham reanimasiyada olanda 3 gün xəstəxananın dəhlizlərində yatmışam. Hamı övladımın komadan çıxmağını gözlədiyi zaman mən oğlum İlhamın ürəyinin dayanmağını gözləyirdim” fikirlərinə cavab verib.

Bizim.Media xəbər verir ki, bu haqda sənətkarın gəlini qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb.

Sənətkarın gəlini mərhum əri İlhamın narkotik aludəçisi olmadığını ağ ciyərindən əziyyət çəkdiyini bildirib:

“İlhamla ailə quranda onun bütün sirrlərini bilirdim. Ona rəhmim gəlib, sonra sevib onunla ailə qurmuşam. İlham ana sevgisi görməyib. Onun hər addımında anası Ulduzə xanım yox, atası Rəhman müəllim yanında olub. O, narkotik aludəçisi olmayıb. Onun ciyərində xəstəlik vardı. Həkimlər isə dedilər ki, bu müalicəlik deyil. Dedilər ki, əməliyyat olunmalıdır və qabırğaları çıxarılmalıdır.

Rəhman müəllim bizə gücə çatan dərəcədə ev almışdı. İlhamın qardaşları Emil, Teymur və bacısı Rəhilə bizim yanımızda yaşayırdı. 3 il İlhama da, Rəhiləyə də mən baxmışam. O zaman Emil Naxçıvanda hərbi xidmətdə idi. O hərbi xidmətdən gələndən sonra bizlə yaşadı. Emildə cüzi nələrsə hiss elədim. Zəng edib onun atasına bu haqda xəbər verdim. Rəhman müəllim isə onu danlayıb müalicə olunmaq üçün apardı həkimə. Dəfələrlə Emili Rəhman müəllim müalicə etdi”.

Azadə qayınatasının onlara aldığı evi İlhamın müalicəsi üçün satmaq məcburiyyətində qaldığını söyləyib:

“İlhamın əməliyyatı üçün isə bizə çox pul lazım idi. Mən Rəhman müəllimə söylədim ki, mənə bu ev yox İlham lazımdır. Dedim ki, “sat evi İlham həyatda sağ qalsın”. Evi satdıq və bütün pulu onun müalicəsinə xərclədik. O, əməliyyat olundu. Ona xəstəxanada mən baxdım. İşləyirdim sonra isə gəlib ona yemək gətirirdim. Xəstəxanada İlham bir məni, bir də atasını görürdü. İmkan olduqca onun bacısını aparırdım yanına”.

R.Rəhmanovun gəlini əri İlhamın yaşadığı evlərinin həyətində yıxılaraq dünyasını dəyişdiyini açıqlayıb:

“İlham sağalmağa doğru gedirdi. Sonra biz kirayədə qaldıq. Bizimlə birgə İlhamın bacısı Rəhilə və anası Ulduz xanım qalırdı. O arada bir bacısıgilə gedirdi. Bir valideyn kimi Ulduz xanımın və Gülü ananın da (Rəhman Rəhmanovun ikinic həyat yoldaşını nəzərdə tutur – red.) hər zaman hörmətini saxlamışam. Onlara qarşı heç zaman pis olmamışam. Günlərin bir günü İlham pilləkandan düşərkən baş üstü yerə yıxılır və şah damarı kəsildiyi üçün o, dünyasını dəyişdi. Həkimlər söylədilər ki, daş kəllə sümüyünün içinə girib və onu o daşı çıxarda bilmədikləri üçün İlham dünyasını dəyişdi”

Azadə Rəhman Rəhmanovun birinci həyat yoldaşı Ulduz xanımdan ayrılarkən ona Kubinka ərazisində 7 otaqlı ev qoyduğunu bildirib:

“Ulduz xanım Emil və İlham kimi gözəl övladları dünyaya gətirib. Allah onun canını sağ eləsin. Bizim uşağımız olmadı. Amma mən İlham dünyasını dəyişsə də, ikinci dəfə ailə qurmadım. Biz 3 il birlikdə yaşadıq. Mən bu illər ərzində özümü bu ailəyə həsr elədim (ağlayır). Bu efirə çıxmaqda məqsədim odur ki, Ulduz xanımın verilişə belə müsahibələr verməyi lazım deyil.

Bu gün əgər sən Rəhman müəllimdən ayrılmısansa, lazım deyil onun və ailəsi haqda pis sözlər danışmaq. Axı o nə zamansa sənin sevdiyin insan və ailə olub. Ulduz xanım deyir ki, mən kirayədə qalıram. Amma mən bildiyim qədərilə Rəhman müəllimin Kubinkada 7 otaqlı evləri olub.

Eşitdiyimə görə, Rəhman müəllim bir tək kostyumunu götürüb o evdən çıxıb. 7 otaqlı evi isə Ulduz xanım nə edibsə, bilmirəm, amma indi özü dediyi kimi kirayələrdə qalır. Bizim verilişə çıxıb ailə sirlərimizi dağıtmağımız düzgün deyildi. Amma bunu Ulduz xanım istədi.
Rəhman müəllim abırından çıxıb heçnəyi danışmır. Biz İlhamla bir evdə tək deyil ailəlikcə bir yerdə yaşamışıq. Biz çox kasıb yaşadıq, amma heç kimə əyilmədik. Rəhman müəllim və Gülü ana maddi sıxıntıları ola-ola bizə yardım edirdilər. Məndə o zamanlar işləyirdim. Bir fikrim var idi ki, ərim İlhamı ayağa qaldırım. Bu gün Emilin də, İlhamın da yatdığı torpağa hörmət etmək lazımdır”.

Qeyd edək ki, Emil Rəhmanoğlu 44 yaşında xəstəxanada dünyasını dəyişib. O, Biləcəri ərazisində yerləşən məzarlıqda 19 il əvvəl vəfat edən qardaşı İlhamın yanında dəfn edilib.

https://player.bizim.media/?v=27519&share_user_id=

Həmçinin oxuyun

Nuru Paşa və ordusunun istifadə etdiyi hamam baxımsız vəziyyətdədir – VİDEO

Nuru Paşa və ordusunun istifadə etdiyi hamam baxımsız vəziyyətdədir.  Şərq memarlıq üslubunda tikilən 142 yaşlı …