Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəmiyyət / Rəfael Dadaşov: “Canıma qorxu düşdü” (VİDEO)

Rəfael Dadaşov: “Canıma qorxu düşdü” (VİDEO)

Səhhətində yaranan problemlərə görə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rəfael Dadaşov indiki durumu barədə danışıb.
Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, xəstəxanada açıqlama verən aktyor bildirib ki, müalicəsi davam edir:
“Allahın köməkliyi ilə babatam. Sağ olsunlar, qulluq edirlər. 4 gün reanimasiyada yatdım. Dünən günortadan palataya düşmüşəm. Belə baxanda, ilk gəlişimdən indi yaxşıyam. Səhhətimdə dəqiq nədən əziyyət çəkdiyimi özüm də bilmirdim. Məni daha çox təngnəfəslik narahat edirdi. Addımımı düz ata bilmirdim. Canıma qorxu düşdü. Təcili yardım çağırdılar, bura gətirdilər. Ürək çatışmazlığı imiş. Bir də daxildə su var idi. 4 günə özümə gətirdilər. Ürəklə bağlı problemi tarazlaşdırdılar. İndi böyrəklərimdə su qalıb, onu düzəldəcəklər”.
Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərdə sərhəd zastavalarından Reportaj (FOTO/VİDEO)

İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisində Soltanlı, Xələfli, Qumlaq və Xudafərin sərhəd zastavaları …