Cümə , Oktyabr 7 2022
Ana səhifə / Cəmiyyət / Quru sərhədləri payızda açılacaq?

Quru sərhədləri payızda açılacaq?

COVID-19 virusuna gündəlik yoluxma artsa da, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır. Rəsmilər qapanma və maska tələbinin qaytarılmasına lüzum görmürlər. Bununla belə, uzun müddətdir müzakirə edilən quru sərhədlərin açılması da reallaşmır. Yayda sərhədlərin açılması gözlənilsə də, bu, baş vermədi. 

Bəs payıza doğru quru sərhədləri açıla bilərmi?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramlı bildirib ki, quru sərhədlərinin nə vaxt açılacağı ilə bağlı konkret vaxt demək mümkün deyil.

Deputat hesab edir ki, bununla bağlı Operativ Qərargah Azərbaycanda və qonşu ölkələrdəki epidemiolji vəziyyəti nəzərə almaqla qərar verəcək. Onun sözlərinə görə, quru sərhədlərinin açılması ilə bağlı qərar təkcə ölkədəki epidemioloji vəziyyətlə bağlı deyil:

“Quru sərhədlərinin açılması ilə bağlı qərar verilərkən sadəcə Azərbaycanda yox, eyni zamanda bizimlə sərhəddə yerləşən ölkələrdəki epidemioloji vəziyyət də nəzərə alınır. Qeyd etmək lazımdır ki, son həftələr bölgədə, xüsusilə də, Rusiyada COVID-19-a yoluxmada artımlar müşahidə olunur. Buna görə də, sərhədlərin açılması COVID-19 virusuna yoluxma sayının necə dəyişməsindən asılı olacaq”.

Deputat qeyd edib ki, quru sərhədlərinin açılması qonşu ölkələrdə COVID-19-a yoluxma halları kəskin azalacağı təqdirdə real görünür:

“Çünki bütövlükdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması və optimallaşdırılması Azərbaycan üçün prioritet olaraq qalmaqdadır”.

Həmçinin oxuyun

AYB sədri qurultayın niyə keçirilmədiyinə aydınlıq gətirdi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının keçirilməsi üçün vəsait köçürülməlidir. Bunu AYB sədri, Xalq yazıçısı Anar …