Şənbə , Fevral 24 2024
Ana səhifə / Cəmiyyət / Qurban Yetirmişlinin ailəsinə məxsus şirkətlər üzə çıxdı

Qurban Yetirmişlinin ailəsinə məxsus şirkətlər üzə çıxdı

“Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin oğlu İlkin Yetirmişli GÜLMIR GMBH-ni 2014-cü ildə Almaniyanın Şverin şəhərində 25 min avro nizamnamə kapitalı ilə təsis edib. “GÜLMİR” adı baş seysmoloqun həyat yoldaşının ad və soyadının qısaldılmış birləşməsidir – Gülnarə Mirzəyeva.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Onun sözlərinə görə, şirkət bir müddət Berlində də fəaliyyət göstətib və iki il əvvəl baş seysmoloqun oğlu onu bağlamalı olub: “Bundan əvvəl isə Qurban Yetirmişlinin oğlu Riqada “Caspian Ticket”in rəhbəri Cahangir Fərəcullayevlə birgə Riqada “Azeri Production, Sabiedrība ar ierobežotu atbildību” (“Azərbaycan məhsulları” Ltd) təsis edib. 2020-ci ildə baş seysmoloqun oğlu Gürcüstanda GEO TRAVEL AZ LTD-ni təsis edib. Bu turizm sektorunda Yetirmişlilər ailəsinin yeganə şirkəti deyil. Qurban Yetirmişlinin qızı Gülçinə Yetirmişli 2015-ci ilin avqustundan “GEO TRAVEL AND TOURS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN təsisçidir. Şirkət Səbail rayonu Teymur Elçin küçəsi 11-də hüquqi qeydiyyatdadır.  Elə həmin ünvanda Yetirmişlilərə məxsus “”GEO TRAVEL” QAPALI SƏHMDAR CƏMIYYƏTİ də hüquqi qeydiyyata alınıb. Səhmdar Cəmiyyət 2009-cu ildə baş seysmoloqun həyat yoldaşı MİRZƏYEVA GÜLNARƏ İMRAN qızının adına rəsmiləşdirilib. Onun adına rəsmiləşdirilmiş digər şirkət – “GEO EXPRESS” QAPALI SƏHMDAR CƏMIYYƏTİ isə 2014-cü ildə təsis olunub”.

Həmçinin oxuyun

“Xocalıya qayıdış” adlı sərgi təşkil edilib – İSBAM təşkilatçılığı ilə. (FOTOLAR)

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin İSBAM təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar …