“Sosial şəbəkələrdə yenidən zəlzələ olacağı ilə bağlı yayılan məlumatlar tamamilə yalandır. Hamısı təxribat xarakterlidir, xalqı çaşdırmaq üçündür. Xırda təknalar var, üçü-dördü olub, heç biri də hiss olunmayıb. Afterşoklar olmalıdır, amma güclü təkan gözlənilmir. Bu məlumatları hansı əsasa görə verirlər?”
Bu sözləri Pravda.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
“Heç kim narahat olmasın. Hamı evində rahat yata bilər”, – o bildirib.