Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Qurban Qurbanov və “Qarabağ” İsveçrədə diplom işinin mövzusu olub (MÜSAHİBƏ)

Qurban Qurbanov və “Qarabağ” İsveçrədə diplom işinin mövzusu olub (MÜSAHİBƏ)

Elçin Hüseynli İsveçrədə təhsil alır. Onunla müsahibə eləməyimizin səbəbi müsahibədə:

– Təhsiliniz hansı istiqamət üzrədir?
– Cenevrə “EU Business School”da İdman Menecmenti təhsili alıram.

– İlk təhsiliniz nə olub və hazırkını nə məqsədlə alırsız?
– Bakı Slavyan Universitetində tərcümə ixtisası üzrə bakalavr təhsili almışam. İkinci təhsilə səbəb isə futbola olan sevgimdir. İlk dəfə 2002-ci ildə atam Azərbaycan – İtaliya oyununa aparmışdı. Ondan sonra dünya və Azərbaycan futboluna maraq yaranmışdı. Prosesləri daim izləməyə çalışmışam. Məhz həmin gün məndə yaranan maraq 14 il sonra İsveçrəyə bu sahə üzrə təhsil almağa gətirib çıxartdı. Məqsədim Azərbaycan futboluna maksimum dərəcədə xidmət etməkdir.

– Tәhsili bitirib, Azәrbaycana dönüb, futbol sektorunda çalışmaq fikriniz var?
– Hələlik  burada futbol sahəsində çalışmaq istəyirəm.  Düşünürəm ki, Avropada bir neçə il təcrübə toplayandan sonra Azərbaycan futboluna daha yaxşı, hazır kadr kimi xidmət göstərə bilərəm.

– Hansısa planlar varmı?
– Hazırda İsveçrə çempionatında iştirak edən klubların birində çalışmaq ehtimalım var. Bir-iki həftə ərzində buna tam aydınlıq gələr. Bundan başqa, skaut agentliyi qurmaq planım var. Məqsədim  azərbaycanlı futbolçulara Avropanın böyük liqalarında oynamaq imkanı yaratmaqdı.

– Nüfuzlu Avropa universitetindә diplom işinizin mövzularından biri dә Qurban Qurbanov olub. Bu haqda mәlumat verərdiniz…

– Əvvəlcə qeyd edim ki, Qurban Qurbanov həm insan, həm məşqçi kimi mənimçün fenomenal şəxsiyyətdir. Onun “Qarabağ”la Azərbaycana yaşatdığı sevinc, qürur hisslərini yaxın zamanlarda çətin ki, kimsə təkrarlayar.

Diplom işimə başlamazdan əvvəl müəllimimlə məsləhətləşdim, Qurbanov və “Qarabağ” haqda ona söhbət elədim, çox xoşuna gəldi. Beləliklə, diplom işinə Qurbanov və “Qarabağ” mövzusunu da əlavə elədim.

– Diplom işindәki Qurbanovla bağlı hissәni bizә tәqdim edә bilәrsinizmi? Oxucularçün kifayәt qәdәr maraqlı olar bu materialla tanış olmaq…
– Məmnuniyyətlə təqdim edərəm. Bu arada, qeyd edim ki, Qurbanovla müsahibə eləməkçün klubun bazasına getmişdim. Çox isti qarşılandım, soruşduğum hər bir şeyə çox açıq və ətraflı cavab verildi.

P.S.  Diplom işinə salınmış Qurbanovla bağlı hissəylə Sabah “FutbolPress”də tanış ola bilərsiz.

els

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın