Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Cəmiyyət / Qurban bayramının və Məhərrəm ayının vaxtı açıqlandı

Qurban bayramının və Məhərrəm ayının vaxtı açıqlandı

Bu il Azərbaycanda Məhərrəm ayı avqustun 21-də başlayacaq.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, Aşura günü isə avqustun 30-na təsadüf edəcək.

F.Nurullayev eyni zamanda qeyd edib ki, Səfər ayı sentyabrın 19-da başlayacaq, 17 oktyabrda başa çatacaq.

O qeyd edib ki, Zilhiccə ayının 10-u bu il Qurban bayramıdır: “Qurban bayramı bu il iyulun 31-i və avqustun 1-nə təsadüf edəcək. Əslində, İslam ölkələrində Qurban bayramı 3 gün qeyd edilir, yəni Zilhiccə ayının 10-u, 11-i və 12-də. Bizdə isə həm Ramazan, həm də Qurban bayramı dövlət səviyyəsində 2 gün bayram edilir”. 

Həmçinin oxuyun

Xudavəng monastırı ilə bağlı erməni yalanları – VİDEO

Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl …