Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Qubadlılar 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini deyd ediblər

Qubadlılar 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini deyd ediblər

Sumqayıt şəhərində yerləşən 28 May mədəniyyət evində 10 milyonuncu Azərbaycan vətəndaşının dünyaya gəlməsi münasibəti ilə tədbir keçirildi. Qubadlı rayon İcra hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə RİH başçısı Malik İsaqov, Rayon icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak edirdi.


Tədbirdə qeyd olunub ki, aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. 10 milyonuncu körpə işğal olunmuş torpaqlarımızın sakinidir. Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf  Yunis oğlunun ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır. Bildirildi ki, yeni dünyaya gələn uşaq ailənin ilk övladıdır. Ailə buna görə çox sevincli olduğunu qeyd etmişdir.
Bildirildi ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Tədbirdə vurğulandı ki, torpaqlarımızın bir qisminin işğal altında olması xalqımızın sağalmaz yarasıdır.Torpaqlarımız uğrunda şəhid olan Azərbaycan övladının yerini dolduran hər yeni doğulan körpə vətənimizin, ata-analarımızın təsəlləsidir. Bu körpənin dünyaya gəlişi Azərbaycanın vətəndaş statiskasının 10 milyonluq Azərbaycan xalqı kimi səslənməsi deməkdir. Belə bir inam ifadə edildi ki, dünyaya yeni gələn körpə vətəndaş adını daim uca tutacaq, ölkəmiz üçün əsl vətən daşı olacaq. Körpənin gəlişi ailəsinə, vətəninə, xalqına xeyirli və uğurlu olacaq. Vurğulandı ki, həm ölkəmizdə, həm də bütün dünyada yaşayan uşaqlar aydın səma altında silah səsi eşitmədən xoşbəxt və firavan yaşasınlar.
İlk öncə məktəblilər tərəfindən flaşmob həyata keçirildi, sonra tədbir möhtəşəm konsert proqramı ilə davam etdirildi.

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …