Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / QUBA SAKİNİ HAKİM FÜZULİ PƏNAHOVDAN PREZİDENTƏ ŞİKYAYƏT EDİR – FOTOLAR

QUBA SAKİNİ HAKİM FÜZULİ PƏNAHOVDAN PREZİDENTƏ ŞİKYAYƏT EDİR – FOTOLAR

Quba rayonu Mirzəmməd kənd sakini  Şıxbabayev Allahverdi Həsrət oğlu  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ünvanladığı məktubun bir nüsxəsini də Azinforum.az saytına göndərib. Vətəndaşın şikayətindən görünür ki, o, Quba rayon Məhkəməsinin hakimi və icra məmurundan narazıdır. Redaksiyamıza daxil olan şikayəti adları çəkilən şəxslərin cavab haqqını tanımaq şərtilə təqdim edirik :           

“Möhtərəm  Prezident!

Quba rayonunda bəzi məmurların mənə qarşı etdikləri haqsızlıqların qarşısında aciz qaldığım üçün Sizə müraciət edirəm.Burada ədalətsizlik o səviyyəyə çatıb ki, hətta Ali Məhkəmənin qərarlarına belə hörmətsizlik edirlər.Ali Məhkəmənin 3 qərarı ilə 3 dəfə icra olunmuş qərara əsasən qonşumla sərhəddim dəfələrlə Babayevlər tərəfindən  sökülmüşdür. Lazımı orqanlara müracitimə baxmayaraq,  buna məhəl qoyan olmayıb. Səbəbi budur ki,  onlara himayədarlıq edənlər var. Quba rayon məhkəməsinin baş hakimi Füzuli Pənahov dəfələrlə məndən həyətimə girəcək yoldan 60 kv.m. ərazimin Babayevlərə verilməsini tələb etmişdir. Tələbin yerinə yetirilmədiyini görən Pənahov 3 dəfə icraatı yeniləyib. Keçmiş baş icra məmuru Ələkbər Mirzəyevə yalan akt yazdıraraq hakim Zamin Tahirova dediyi ərazinin Babayevlərə verilməsi barədə qətnamə verdirib.

Hansı ki,bu ədalətsiz qətnamə Apellyasiya məhkəməsi tərəfindən ləğv olunub.Kassasiya şikayəti də təmin olunmayıb.2010-cu ildə Babayevlərin torpağını cizgilərinin yerinin onlara göstərilməsini torpaq şöbəsinə həvalə edir.Torpaq şöbəsinin nümayəndələri ərazidə ölçü apararaq akt tərtib edərək bildiriblər ki, Babayevlərin ərazisi düzdür. Ancaq sol qonşu ilə olan hasar əyri çəkilib.Bu onları qane etməyib.2011-ci ildə Zamin Tahirov eynilə icra vərəqi verir. Torpaq Komitəsinin verdiyi cavab da onları qane etməyib.Torpaq Komitəsi ləğv olandan sonra, Z.Tahirov 2010-cu ildə verilən  icra vərəqini 2015-ci idə yeniləyib icraya yönəldib. Sonuncu dəfə 13 yanvar 2016-cı il tarixdə   5 saylı Xaçmaz Layihə -Tədqiqat idarəsinin və Quba Rayon Məhkəmə Qərarlarının icraçıları ilə birgə mənim xəbərim olmadan  həyətimə girərək şəkildə gördüyünüz dəmir dirəkləri sökmüşlər.Hansı ki,həmin dirəklər məhkəmə qərarına əsasən  2008-ci ildə tikilib. Şiferlər cəzasız qalan qonşum tərəfindən dəfələrlə sındırılıb.13 yanvaradək o dəmir dirəklər qalmışdı.Kiminsə tapşırığı ilə onları da sökdülər.

Söküntü barədə heç bir məhkəmə qətnaməsi olmadan icra məmurları və reyestr xidməti məmurları bu hərəkətləri etdilər.Səbəbini soruşduqda Ulu Öndərimiz Heydər Əliyevin həyata keçirdiyi aqrar islahatlara kölgə salaraq qeyd edirlər ki,islahat düzgün aparılmayıb.Bütün torpaqlar 4 metr üstə-üstə oturub.Onların dediyindən belə çıxır ki,bütun kənd sakinləri hasar və evlərini söküb 4 metr sağa çəkməlidir.Hansı ki,Babayevlərin şəhadətnaməsində onun sol qonşusu ilə cizgi düz xətlə olduğu halda hasar əyri çəkilib.Həmin ərazidə razılaşma ilə qoruluq da tikilib. Bu gün himayədarlarının köməyi ilə həmin ərazini müəyyən yollarla mənim ərazimdən almaq istəyirlər.Möhtərəm Prezident, 9 ildir ki,bu keşmə-keşli məhkəmə -məhkəmə oyununun içindəyəm.Bugünədək kasıb komama digər qonşunun həyətindən gedirəm.Ömrümün 65-ci ilini yaşamaq istəyirəm.Hörmətli Prezident! Sizdən artıq dərəcədə xahiş edirəm! Əllərində söküntü barədə heçbir qərar,qətnamə olmadan məndən xəbərsiz həyətimdə söküntü aparan məmurlar cəzalandırılsınlar.Məhkəmə qətnaməsi ilə vurulmuş dirəklər onların öz hesablarına əvvəllər olduğu kimi düzəldilsin. 2008-ci ilin məhkəmə qətnaməsinin icrası bərpa edilsin.

Sizə böyük hörmətlə Allahverdi Şıxbabayev  ”

q1 q2 q3 q4

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın