Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Cəmiyyət / Quba icra başçısının “macaraları”

Quba icra başçısının “macaraları”

Bildiyiniz kimi neçə müddətdir ki, Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin olduqca şübhəli fəaliyyətini araşdırıram.
Əldə etdiyim bütün faktları sizinlə bölüşdüyüm üçün, Ziyəddin Əliyev susdurmaq niyyəti ilə məhkəməyə verib və ilk hazırlıq iclası mart ayının 29-u saat 16:00-da Xaçmaz Rayon məhkəməsində keçiriləcək.
Teref.az xəbər verir ki, bunu araşdırmacı jurnalist Cəmil Məmmədli deyir.
Daha sonra Cəmil Məmmədli deyir, bütün bunlara baxmayaraq, təbii ki, bildiyim bütün həqiqətləri sizə çatdırmaq mənim həm də bir peşə borcumdur.
Beləliklə, Azərbaycanın ən varlı icra başçılarından sayılan Ziyəddin Əliyevin ucu-bucağı bilinməyən sərvətlərindən biri barədə danışacayıq.
Yəqin ki, regionda və respublikada Quba rayonunda, daha dəqiq desəm, Quba rayonu, Vladimirovka kəndində yerləşən “Fayton” restoranını tanımayan çox az adam olar.

Bəli, bu gün “fayton”-dan və “faytonu” etibardan sui-istifadə edərək, sahibini aldadıb, mənimsəyən əməkdar yolçu –Ziyəddin Əliyevin daha bir faktını ifşa edəcəyik.
Beləki, bütün Quba və hətta şimal əhli bu restoranın əvvəllər kimə məxsus olduğunu, həqiqi sahibini tanıyır. Olduqca hörmətli və möhtərəm şəxs olduğu üçün onun adını çəkməsəm də, olayı , elə sahibinin özündən maraqlanıb öyrənib, razılığını aldığım üçün, sizin də diqqətinizə çatdıracağam.
Bəli dostlar, olay belə baş verib.
Adıçəkilən restoranın əsl sahibi, məşhur yəhudi balasının kiçik bir probleminin olduğunu öyrənən Ziyəddin Əliyev, Haput yaylağı məsələsindəki Arif vasitəsilə onunla görüşür.
Bu görüş zamanı restoran sahibi ona restoranı həqiqətən də satmaq istədiyini bildirir. Uzun-uzadı söhbətdən sonra 1 milyon 500 min dollardan baha başa gələn restoranı 1 milyon dollara alqı-satqı etməyə razılaşırlar.
Xaraktercə olduqca təmiz olan restoran sahibi, Ziyəddin Əliyevə bu başdan təcili olaraq şəxsi problemi olduğu üçün Moskvaya getməli olduğunu bildirir. Razılaşırlar ki, ilkin olaraq məbləğin 200 min dolları ödənilsin və məbləğin yerdə qalanı alqı-satqı həyata keçiriləndən sonra da çatdırılsa, heç bir problem olmaz.
Köhnə kişilərin sözü ilə desək, bu yəhudi qardaşımız da Ziyəddin Əliyevin sözünə inanaraq, danışdıqları şərtlərlə alqı-satqıya imza atır.
Əsl həngamə də bundan sonra başlayır.
Yəni anlayacağınız, o gündən Moskvada olan restoran sahibi bu günə qədər də Ziyəddin Əliyevdən öz borcunu ala bilmir.
Ziəyəddin Əliyev iki hektardan çox torpağı olan, dəbdəbəli restoranı öz yaxınının adına keçirdikdən sonra yerdə qalan 800 min dolları sözün əsl mənasında atır…
Jurnalistin qeyd etdiyi məsələlərlə bağlı qarşı tərəfin fikirlərini öyrənmək istəsəkdə buna müvəffəq ola bilmədik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!

Həmçinin oxuyun

Federasiya prezidenti vitse-prezidenti xəyanətdə ittiham edərək işdən çıxardı

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının prezidenti Rövşən Quliyev qurumun vitse-prezidenti Elmar Hüseynovu xəyanətdə ittiham edərək …