Çərşənbə , Avqust 5 2020
Ana səhifə / Cəmiyyət / ““QRU” ermənilərlə döyüşənlərə qarşı Yevlaxda işgəncə mərkəzi yaratmışdı…”

““QRU” ermənilərlə döyüşənlərə qarşı Yevlaxda işgəncə mərkəzi yaratmışdı…”

“Rusiya Baş Kəşfiyyat İdarəsinin iradəsinə tabe olmayan Azərbaycan hərbçiləri, zabitləri, Qarabağda ermənilərə qarşı döyüşlərin fəal iştirakçılarını həmin qanunsuz həbsxanaya toplayırdılar…”

Bunu Moderator.az əməkdaşı ilə söhbətndə 26 il öncəki 4 İyun Gəncə olayları zamanı hökumət adamları və  bir sıra hərbçilərə qarşı təqib, təzyiq və zorakılıqdan danışarkən sabiq Baş prokuror İxtiyar Şirinov söyləyib.
Müxbirin “Bildiyimizə görə, 1992-1993-cü illərdə Qarabağda qızğın hərbi əməliyyatlar zamanı “QRU” (Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsi) yerli əlaltıları vasitəsilə Yevlax şəhərində gizli, qanunsuz həbsxana yaradıb. Bu barədə nə bilirsiz?..” sualına cavab olaraq  İxtiyar Şirin bunları söyləyib: 
“Bəli. Həmin dövrdə Yevlaxda “QRU”nun gizli həbsxanası olub. Əslində buna həbsxana da demək olmazdı. Bu, insanların heyvani bir şəraitdə amansız işgəncələrə məruz qoyulduğu işgəncə mərkəzi olub. Rusiya Baş Kəşfiyyat İdarəsinin iradəsinə, planlarına, ssenarisinə tabe olmayan Azərbaycan hərbçiləri, zabitləri, Qarabağda ermənilərə qarşı döyüşlərin fəal iştirakçılarını bu qanunsuz həbsxanaya toplayıb olmazın işgəncələrə məruz qoyurdular, onları sıradan çıxarırdılar.  Həmin işgəncə mərkəzinə salınmış Azərbaycana, Vətənə, xalqa sadiq hərbçilərimizin bəziləri xəbərsiz-ətərsiz itkin düşdü. Bu günədək onların ölməsi-itməsi  məlum deyil…” 

Həmçinin oxuyun

Bu şəxslər rayonlara gedə biləcək

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl …