Ana səhifə / Cəmiyyət / “Qozbel İman” obyektlərini satır – Siyahı

“Qozbel İman” obyektlərini satır – Siyahı

“Qozbel İman” ləqəbli məşhur biznesmen-oliqarx İman Quliyev rəsmən müflisləşib. Bu barədə Politika.Az-ın verdiyi xəbərə görə, iş adamı obyektlərini satışa çıxarıb

MTN bandasının qurbanı olmuş və Eldar Mahmudov qruplaşmasının caynağından ödədiyi pullar bədəlinə qurtulmuş iş adamından iqtisadi böhran yan keçməyib.

Son zamanlar paytaxtımızda satışa çıxarılan şadlıq evlərinin sayı artır. Fins.az-ın araşdırmasına görə, indi Bakının 2 məşhur şadlıq sarayı satışa çıxarılıb.

Söhbət Yasamal rayonunda yerləşən “Filiz” Şadlıq Sarayı və 8-ci kilometrdəki “Şərq Saray”dan gedir. Məlumata əsasən, ümumi sahəsi 18 sot olan “Filiz” şadlıq sarayı “Quzu” restoranı ilə birlikdə satılır.

Şadlıq evinin qiyməti 4 milyon 800 min manatdır. İndi icarədə olan “Filiz” sahibinə ayda 25 min manat gəlir gətirir. “Şərq Saray” ı da hazırda fəaliyyət göstərir. Ümumi sahəsi 65 sot olan şadlıq evinin qiyməti öncəki şadlıq sarayından 3 dəfə daha artıqdır – 12 milyon manat.

İ.Quliyev çoxsaylı obyektlərin – “Romanc” Palas şadlıq evi, “Şərq Saray” şadlıq evi, “Xalqlar Dostluğu” ticarət mərkəzinin, “Qreen Haus” istirahət mərkəzləri şəbəkəsinin sahibidir.

Eyni zamanda tikinti sektorunda da ciddi payı var. Hakimiyyətdəki iki nüfuzlu generalla qohumluq əlaqələri olan İ.Quliyevin son vaxtlar öz biznesini xaricə köçürdüyü haqda məlumatlar var.

Bu baxımdan “Şərq Saray”ın satışa çıxarılması maraq doğurur. Görünür iş adamının nağd pula ciddi ehtiyacı yaranıb. İman Quliyev vaxtilə “MTN çetesi”nin qarmağına düşüb.

Belə ki, onu MTN-ə aparıb incidiblər, pulunu alıb özünü sərbəst buraxıblar. Bu halın bir neçə dəfə təkrarlandığı bildirilir. Maraq doğuran odur ki, hazırda “MTN işi” üzrə aparılan araşdırmalar çərçivəsində İman Quliyevin adı zərərçəkən qismində keçmir.

Mediada belə məlumatlar var ki, İ.Quliyev qeyri-rəsmi olaraq hazırda həbsdə olan MTN generallarına xəbər yollayıb, məsələni istintaqdan kənar həll edilməsini istəyib. İ.Quliyev istəyinə qismən də olsa nail ola bilib.

Ondan vaxtilə alınan pulun bir hissəsi qaytarılıb. Pulların yerdə qalan hissəsinin – söhbət bir neçə milyon vəsaitdən gedir – ona qaytarılacağı vəd olunub. Bunun müqabilində İman Quliyev istintaqın sonuna qədər susmaq öhdəliyi götürüb.

İ.Quliyevin “MTN çetesi”nin toruna düşməsinin bir səbəbi də Xətai rayonu, İnqilab İsmayılov küçəsi 4, 5, 6 saylı binaların həyətində yerləşən təqribən 60 sot yaşıllıq zonanın məhv olunması və torpağın ələ keçirilməsi üzərindən olub.

İmanın “MTN işi” istintaqından yayınmasının bir səbəbi də yüksək rütbəli məmurlarla qohumluq əlaqəsinin olmasıdır.

İman Quliyevin müflis olması haqda əksər sayt və qəzetlərdə xəbər yayıldı. Bu xəbərdən təxminən 40 gün sonra Eldar Mahmudov işdən çıxarıldı, MTN ətrafında məlum olaylar başladı.

Məlumatda həmçinin bildirilir ki, İ.Quliyev Ukraynanın paytaxt şəhəri olan Kiyevdə də böyük tikinti başladıb.

O, Kiyevdə 75 bloklu yaşayış kompleksi inşa etdirir. Məlumatlı mənbə həmçinin deyib ki, iş adamı Ukraynanın Lvov şəhərində 22 girişdən ibarət yaşayış kompleksinin inşası ilə məşğuldur. (politika.az)

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın