Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Cəmiyyət / “Qozbel İman” ləqəbli biznesmen çökür – şok

“Qozbel İman” ləqəbli biznesmen çökür – şok

“Xalqlar Dostluğu” ticarət mərkəzinin sahibi, tikinti maqnatı İman Quliyev bütün projelərini dondurub; naxçıvanlı biznesmeni ikiqat böhran “vurub”

Tanınmış iş adamı İman Quliyev haqda sensasion məlumat yayılıb. Musavat.com-a özəl mənbələrdən daxil olan məlumata görə, tikinti maqnatı kimi ad çıxarmış, iri layihələr həyata keçirən biznesmen İ.Quliyev müflis olub. 
Xəbəri aldıqdan sonra bəzi dəqiqləşdirmələr apardıq. Əksər mənbələr xəbərin doğru olduğunu bildirdi. İman Quliyev əslən Naxçıvandandır. “Xalqlar Dostluğu” ticarət mərkəzinin sahibidir.
İ.Quliyev Azərbaycan müstəqillik qazandıqdan sonra ulduzu parlayan iş adamlarındadır. O, 90-cı illərdən öz biznes şəbəkəsini quraraq ciddi maliyyə uğuru əldə etmişdi. Əsasən 1993-cü ildən başlayaraq uğur onun üzünə gülməyə başlayıb. Bu da səbəbsiz deyildi. Hazırkı hakimiyyət iş başına keçdikdən sonra İ.Quliyev yeni situasiyadan məharətlə yararlanmağı bacardı.
Bakıda “tolkuçka” biznesi çiçəklənən vaxtlarda Nizami rayonu ərazisində “Xalqlar Dostluğu” ticarət mərkəzini tikdirdi. Bir vaxtlar ölkənin ən iri və dövriyyəsi yüksək olan ticarət mərkəzlərindən biri də yuxarıda adını çəkdiyimiz məkan idi.
Son illər onun sahibi olduğu “tolkuçka” sürətlə boşaldı. Bunun bir səbəbi rəqabət mühitinin güclənməsi idisə, digər səbəb dünyada baş verən iqtisadi tənəzzül idi.
İman Quliyev tikinti sahəsində də qabaqcıllardan olub. Onun şirkətləri Bakıda xeyli yaşayış binaları tikib. Hazırda da iş adamı Nizami rayonu ərazisində çoxmərtəbəli yaşayış binası inşa etdirir.
Biznes aləminin
Lakin gələn xəbərlərdə bildirilir ki, İ.Quliyevin əksər projeləri dayanıb. İşçilərinin belə maaşını vaxtında verə bilmir. Onun çöküşünün əsas səbəbi iqtisadi tənəzzül göstərilir. Bir başqa səbəb kimi isə iş adamını himayə edən yüksək rütbəli məmurların iqtidardakı mövqelərinin zəifləməsi göstərilir.
İ.Quliyev daim reklamdan qaçıb. O, özünü, necə deyərlər, gözə soxmağa həvəsli olmayıb. Buna baxmayaraq, ara-sıra onun adı mediada müxtəlif məsələlərdə hallanıb. Bu da epizodik olub.
İş adamı haqda dolaşan xəbərlərdə bildirilir ki, o, əmlakını satışa çıxarmağa başlayıb. İ.Quliyevin Bakıda xeyli daşınmaz əmlakının, gəlirlə işləyən obyektlərinin olduğu deyilir.
Beləliklə, son aylar müflis olan iş adamlarının sırasına daha biri əlavə olundu. Bu adamların ətrafında yüzlərlə, hətta minlərlə işçi olur. Bu üzdən də onların müflis olması xeyli vətəndaşın işsiz qalmasına, ailələrin ruzisinin kəsilməsinə gətirib çıxarır. Sırada daha bir neçə biznesmenin də olduğu haqda xəbərlər var.
 
Bir vaxtlar sürətlə yüksələn və varlanan iş adamlarının yarpaq tökümü başlayıb. Prosesin hara qədər davam edəcəyi isə bilinmir. Sırada kimlər var?
Azinforum.az-ın əldə etdiyi məlumata görə, “qozbel İman”ın müəyyən layihələrdə şərikliyi olan,  əslən naxçıvanlı olan başqa kommersantlarla da arasında ciddi narazılıqlar yaranıb. 
Mövzunu davam etdirəcəyik.

 

Həmçinin oxuyun

Azərbaycanda 53595 şagird məktəbini dəyişib

Təhsil Nazirliyinə şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 56462 müraciət daxil olub. Bu barədə APA-nın sorğusuna …

Bir cavab yazın