Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Qoruq: Şuşa həbsxanası tarixi abidədir, sökülməsinə dair görüntülər həqiqəti əks etdirmir

Qoruq: Şuşa həbsxanası tarixi abidədir, sökülməsinə dair görüntülər həqiqəti əks etdirmir

“Şuşa həbsxanasının sökülməsinə dair sosial şəbəkədə yayılan görüntülər həqiqəti əks etdirmir”.

Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Beynəlxalq münasibətlər və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, haqqında bəhs edilən görüntülər köhnə kadrlar əsasında hazırlanıb: “Və bu görüntülər reallığı əks etdirmir. Şuşa həbsxanası tarixi abidədir. Orada söküntüdən heç bir söhbət gedə bilməz. Kadrlardan da göründüyü kimi orada söküntü prosesini özündə əks etdirən heç bir məqam yoxdur”.

Qeyd edək ki, bir neçə gündür, Şuşa həbsxanasının sökülməsinə aid video və fotolar sosial mediada yayılıb. APA

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …