Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Cəmiyyət / “Qoratdel”in rəisinə general-mayor rütbəsi verildi

“Qoratdel”in rəisinə general-mayor rütbəsi verildi

Prezident İlham Əliyevin sərəncamı ilə ali xüsusi rütbə alan zabitlər arasında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov da var.

Sərəncamla Bakı Şəhər Baş Polis İdarəsinin rəisi polis polkovniki Əkbər Məcid oğlu İsmayılova polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Qeyd edək ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun 2020-ci ilin noyabr ayında imzaladığı əmrlə Ə.İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.

Həmçinin oxuyun

Aydın Talıbzadə: Kino müsabiqəsi son dərəcə şəffaf olub

Film layihələri müsabiqəsinin yekununa həsr olunmuş brifinq keçirilib Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin …