Şənbə , May 28 2022
Ana səhifə / Cəmiyyət / QMİ məscidlərə dini rəhbər təyin edə bilməyəcək

QMİ məscidlərə dini rəhbər təyin edə bilməyəcək

Azərbaycanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınıb.
Bununla bağlı Prezident İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Qanuna dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir. Müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.

Həmçinin oxuyun

Marketlərdə məhsulların qiyməti niyə yoxdur? — VİDEO

“Tezliklə təmin olunacaq”. Bəzi iri marketlərdə məhsulların qiymətinin yazılacağı yerə bu ifadə qeyd olunub. Bu …