Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Cəmiyyət / “Qızları xaricə göndərməyə ehtiyac yoxdur“

“Qızları xaricə göndərməyə ehtiyac yoxdur“

“İndiki dövrdə nəinki qız uşaqlarını, oğlan uşaqlarını da xarici ölkələrə tək buraxmaq risklidir”.

BunuSağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı bildirib.

Sosioloqun sözlərinə görə, dünyanın bir çox ölkəsində kriminal ünsürlə meydan sulayır. “Belə halda ailələr haqlı olaraq qız övladlarının xaricdə təhsil almasına üstünlük vermirlər. Kriminal ünsürlərin meydan suladığı ölkələrə, atışma baş verən ölkələrə, zorlamaya görə dünya lideri olan ölkəyə qız uşağını təkbaşına göndərməyə ehtiyac yoxdur.

İnformasiya dövrüdür və internet vasitəsilə istənilən informasiyanı, elmi əsəri əldə etmək olar. Yəni təhsil almaq istəyən ölkəmizdə də ala bilər. Ehtiyac yoxdur ki, dünyanın o başına getsin. Oxumaq və öyrənmək istəyən üçün heç bir problem yoxdur. Ona görə də, mühafizəkar yanaşmanı mən pisləmirəm və bunu haqlı sayıram”. 

“Qız uşaqları üçün ölkəmizdə təhsildə heç bir problem yoxdur. Azərbaycanda tələbələrin əksəriyyəti qızdır və onlar problemsiz təhsil ala bilərlər”, – deyə sosioloq sonda fikirlərini yekunlaşdırıb. Demokrat.az

Həmçinin oxuyun

“Hamısı boş şeydi, mənim yaradıcılığım var?”

Daha çox “Moşu” obrazıyla yaddaşlarda qalmış Xalq artisti Valeh Kərimov onunla əlaqə saxlamaq istəyən jurnalistlə …