Şənbə , Yanvar 29 2022
Ana səhifə / Cəmiyyət / “Qızım 10 ildir XİN-də çalışır” – Mənsum İbrahimov

“Qızım 10 ildir XİN-də çalışır” – Mənsum İbrahimov

Xəbər verdiyimiz kimi, mətbuatda Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun qızının Xarici İşlər Nazirliyində yüksək vəzifəyə təyin edilməsi ilə bağlı məlumat yayılıb.

Bildirilir ki, Xarici İşlər Naziri Ceyhun Bayramovun müvafiq əmri ilə bir neçə gün əvvəl diplomatik rütübəsi artırılan Aysel İbrahimli birinci katib vəzifəsinə gətirilib.

Mənsum İbrahimovun diplomat qızına yüksək vəzifə verildiMəsələ ilə bağlı Mənsum İbrahimov Bakupost.az -a açıqlama verib.Xalq artisti qeyd edib ki, qızı 10 ildən çoxdur XİN sistemində işləyir:
“Əslində yazılanlar kimi xüsusi bir vəzifə yoxdur. Diplomatik sistemdə belə bir şey var ki, zamanı çatdıqda növbəti imtahan verirlər. Qızım Bakı Dövlət Universiteti və Azərbaycan Diplomatik Akademiyasını qırmızı diplomla bitirib. İki xarici dil bilir. 10 ildən çoxdur ki, XİN sistemində işləyir. Bu zamana qədər ikinci katib vəzifəsində çalışırdı. 6 ildən sonra, zamanı çatdı, imtahan verdi və birinci katib rütbəsi aldı”.

Həmçinin oxuyun

Yeni icra başçısı müavinini və bir neçə əməkdaşı işdən azad etdi

Abşeron rayon icra hakimiyyətində kadr islahatları aparılır. Abşeron rayonunun  icra başçısı Abdin Fərzəliyev müavini İlham …