Cümə , Dekabr 9 2022
Ana səhifə / Cəmiyyət / Qızı Arif Quliyevdən danışıb ağladı – VİDEO

Qızı Arif Quliyevdən danışıb ağladı – VİDEO

Ölkədə havaların soyuması və qış fəslinin yaxınlaşması ilə təbii qaza olan tələbat daha da artır.

Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir.

Ölkədə əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminə gəldikdə; 1 200 m3-dək (1 200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik; 1 200-2 500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik; 2 500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik ödənir.

Bu proses Tarif (qiymət) Şurasının 2021-ci ilin oktyabrında verdiyi qərarla həyata keçirilir. Azərbaycanda təbii qaza diferensial tariflərin tətbiqi ilə bağlı qərarı təxminən 5 il əvvəl verilib.

O vaxt ikipilləli tarif sistemində təbii qazın ilkin limitinin bir kubmetr üçün qiyməti 10 qəpik olub. Ötən ilin iyulundan təbii qazın pərakəndə satışına hazırda işlək olan üçpilləli tarif sistemi tətbiq olunur. 

Üçpilləli limitin ilkin pilləsi 1 200 kubmetr təyin olunub. Azərbaycanda təbii qazın qiyməti ötən ilin noyabrından əhali üçün artıb, limit isə aşağı salınıb. Buna qədər 1 kubmetri 10 qəpikdən ödənilən illik limit 2 200 kubmetr idi.

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, cari ildə limiti keçməyən 58, 8 faiz abonent var ki, bu da 1 milyon 441 min abonent təşkil edir.

Ümumilikdə isə abonentlərin sayı 2 milyon 400 minin üzərindədir. Hasilatı ilə yanaşı dünya bazar qiymətlərinin də davamlı olaraq artdığı təbii qaz ölkəsi olan Azərbaycanda əhalinin limitə “məhkum edilməsi” birmənalı qarşılanmır. Yəni istehsal da artsa, bazar qiymətləri də artsa, ölkə daxilində vətəndaşlar soyuq havada limiti göz önünə gətirərək çox qaz istehlak etməməyə çalışırlar.

Qaz ixracatçısı olan ölkədə limitin tətbiqi nə dərəcədə doğrudur?

Millət vəkili Fazil Mustafa Cebhe.info-ya bildirdi ki, bu istiqamətdə mövcud vəziyyəti yüngülləşdirmək lazımdır:

“İstehsalçı ölkəyik. Ölkədə kommunal xidmətləri ödəmək insanların gücü daxilində deyil, xeyli problemlər yaşayırlar. Bu onların büdcəsinə müsbət mənada təsir edə bilər. Büdcəyə təsir edən detalları biz düşünməliyik. Çünki insanlar bundan əziyyət çəkirlər. Hər halda bu istiqamətdə məsələ öz həllini tapmalıdır. Çünki müəyyən bir dövrdə bu məsələ ola bilsin ki, aktual idi. Ancaq indiki vəziyyətdə, xüsusilə də pandemiyadan sonrakı dövrdə yaşayış səviyyəsi çox aşağı düşdüyünə görə, bu məsələ üzərində müvafiq qurumlar düşünməlidirlər ki, necə güzəştli şərtlər tətbiq etsinlər”.

Həmçinin oxuyun

““Tərtər işi”ndə A-dan Z-yə günahı olanların hər biri cəzasını almalıdır”

Milli Məclisin deputatı Vüqar “Tərtər işi” barədə danışıb.V. İskəndərov “Pravda.az”a açıqlamasında “Tərtər işi”ndə əli olan …