Çərşənbə , May 22 2019
Ana səhifə / Cəmiyyət / “Qız qaçırma insan oğurluğu deyil” – Deputatdan şok açıqlama

“Qız qaçırma insan oğurluğu deyil” – Deputatdan şok açıqlama

Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, deputat Siyavuş Novruzov qız qaçırma ilə adam oğurluğunu eyniləşdirməyin düzgün olmadığını bildirib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Milli Məclisdə keçirilən dinləmədə çıxışı zamanı deyib. S.Novruzov evlənmək məqsədi ilə qız qaçırılmasına görə Cinayət Məcəlləsinin insan oğurluğu maddəsinin tətbiq edilməsinə etiraz edib: “Ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil. Biri var tamah məqsədi ilə insan qaçırır, cinayət törədir, biri də var iki şəxs bir-birini sevir, ailələr razı olmur, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib bunu qanunvericilikdə fərqləndirməliyik”.

Həmçinin oxuyun

Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq

Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə …