Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Cəmiyyət / Qış parkında dünən nə baş verib?

Qış parkında dünən nə baş verib?

Dünən ADO teatrının rəhbəri Elmin Bədəlov Qış parkında açıq havada tamaşa keçirib. Sosial şəbəkələrdə E. Bədəlovun və onu izləyən bir neçə nəfərin saxlanılmasını əks etdirən videogörüntü yayılıb. İctimai fəallar tək adamlıq küçə performansının polisin müdaxiləsi ilə dağıdılmasını  tənqid ediblər.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin tədbir zamanı saxlanılan olmayıb: “Pandemiya şəraitində xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq kütləvi tədbirlərin keçirilməsi qanunla qadağandır.

Buna görə dünən polis əməkdaşları həmin ərazidə toplaşan şəxslərə yaxınlaşaraq profilaktik söhbət aparıb və karantin rejimi dövründə toplaşmağın yolverilməz olduğu bildirilib. Daha sonra orada toplaşan şəxslər ərazidən uzaqlaşdırılıb”.

Həmçinin oxuyun

İlham Əliyev və Mehriban Əliyeva Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərdi – Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Canəli Əkbərovun dəfn …