Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Qırğızıstandakı səfirimizin növbəti notası rədd edildi – FOTO

Qırğızıstandakı səfirimizin növbəti notası rədd edildi – FOTO

Azərbaycanın Qırğzısıtandakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov barəsində Azinforum.az-a növbəti məlumat daxil olub.

Belə ki, səfirlə bu ölkədə yaşayan tanınmış iş adamı, “Türkdilli dövlətlərin siyasətinə dəstək” Fondunun prezidenti, Qırğızıstanda yaşayan soydaşımız Nüsrət Məmmədov arasında bir neçə müddətdir yaşanan qalmaqal səngimək əvəzinə ötən hər gün alovlanmaqda davam edir.
Səfir onunla yola getməyən N. Məmmədovu cəzalandırmaq, hətta cinayət məsuliyyətinə cəlb etdirmək üçün illərdir dəridən-qabıqdan çıxsa da onun Qırğzıstanın müvafiq qurumlarına çoxsaylı müraciətləri nəticəsiz qalıb. Daha doğrusu, N. Məmmədovun əməllərində cinayət tərkibi olmadığı dəfələrlə rəsmi qaydada səfirin diqqətinə çatdırılsa da Hidayət Orucov nə yolla olur olsun onun həbsxanaya salınmasında israr edir…
İndi oxuculara təqdim etdiyimiz növbəti sənəddə də onun növbəti müraciətinə cavab verilib. Ancaq bu sonuncu olacaqmı…?

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın