Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Cəmiyyət / QİÇS-ə yoluxan Natavan türkiyəli kişilərin kabusu oldu

QİÇS-ə yoluxan Natavan türkiyəli kişilərin kabusu oldu

Ötən gün xəbər verdiyimiz kimi, Karaman Polis Şöbəsinə Türkiyə vətəndaşları – 50 yaşlı Mehmet D., 53 yaşlı Həsən Hüseyn D., 46 yaşlı Erdal Y.-nın əcnəbi qadınları avtomobildə pul qarşılığında cinsi istismara məruz qoyması ilə bağlı məlumat daxil olduqdan sonra hüquq-mühafizə orqanlarının Karaman şəhərində keçirdiyi əməliyyat çərçivəsində sözügedən şəxslər, eləcə də Həvva C. və Azərbaycan əsilli Natavan M. saxlanılıb.

35 yaşlı Natavan M. tibbi müayinədən keçirilən zamanı onda cinsi yolla keçən və QİÇS-ə yol açan HİV virusunun olduğu aşkarlanıb. O, sərbəst buraxılaraq Azərbaycana deportasiya edilib.

“Qafqazinfo”nun “milliyet”ə istinadən verdiyi məlumata görə, Natavan M.-nın virus daşıyıcısı olduğuna dair xəbərlər yayıldıqdan sonra bir çox kişi şəhərdəki infeksiya xəstəlikləri poliklinikasına müraciət edib.

Qeyd edək ki, şəhərdəki litseylərin birində məmur kimi çalışan “Çavuş” ləqəbli Mehmet D. və digər Türkiyə vətəndaşları polis bölməsində ifadə verdikdən sonra nəzarət şərtilə sərbəst buraxılıblar. Həvva C.-də azadlığa buraxılıb.

Həmçinin oxuyun

Odessa azərbaycanlılarından Azərbaycan ordusuna dəstək!

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi fonunda yalnız ölkə daxilindəki vətəndaşlarımızın deyil, Azərbaycandan kənardakı soydaşlarımızın da …