Ana səhifə / Cəmiyyət / QHT ŞURASINA SEÇKİLƏRDƏ GƏRGİNLİK DAVAM EDİR – VÜQAR QƏDİROV GERİ ÇƏKİLDİ

QHT ŞURASINA SEÇKİLƏRDƏ GƏRGİNLİK DAVAM EDİR – VÜQAR QƏDİROV GERİ ÇƏKİLDİ

Azinforum.az olaraq xəbər vermişdik ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə keçirilən seçkilərdə böyük gərginlik müşahidə olunur. Bildirmişdik ki, bəzi QHT rəhbərləri  bu istiqamətdə gizli təbliğatdan tutmuş, bir-birlərinə qarşı gizli qara piara kimi aparırlar. Ötən yazmızda qeyd etmişdik ki,  formalaşacaq Şurada sürpriz namizədlərin düşəcəyi istisna edilmir. Artıq etimallarımız özünü doğrultmağa başlayıb. Şuranın ən tanınmış üzvlərindən biri olan Vüqar Qədirov gözlənilmədən namizədliyini geri götürdüyünü bəyan edib. Qeyd edək ki, sözügedən şəxs bundan əvvəlki iki dönəmdə – 8 il Şurada təmsil olunub. Onun bu hərəkəti QHT rəhbərləri tərəfindən birmənalı qarşılanmayıb.

QHT rəhbəri Mətanət Əskərqızı Vüqar Qədirovun verdiyi qərara belə reaksiya verib:

“Vüqar bəy,qadın olsam da hər zaman güclü oldum.Əgər belə düşünürdüzsə onda seçkiyə getməzdiz.Kim məcbur etdi ki, namizədliyinizi geri götürdüz. Mən belə faktları çox ciddi sayıram və cəmiyyətdən də xahişim budu ki, belə məsələləri diqqətdə saxlasınlar”.

Digər QHT rəhbəri Vəfa Abbasova: “Vüqar müəllim, siz cox ləyaqətli oğulsuz.S iz harda olursuz olun hər zaman öz mövqeyinizi saxlayın. Sizə səs verməyə hazır idik. Indi kimə səs verəcəyimiz düşünək”.

QHT rəhbəri Radə Abbas: “Vüqar bəy,  mən Sizin namizədliyiniz geri götürdüyünüz üçün təəssüf etdim”.

Əslində, Vüqar Qədirovun gözlənilməz qərarı media üçün də gözlənilməz olub.  Çünki o, təmsil olunduğu qrupun əsas favoritlərindən sayılırdı. Sözügedən qrupda  səs toplamağa can atanlardan biri də hərbi yönümlü QHT rəhbəri Emin Həsənlidir. Yəqin ki, Vüqar Qədirovun namizədliyini geri götürməsi Emin Həsənlinin Şuraya gedən yolunu bir qədər də asanlaşdıracaq. Bizə çatan məlumata görə, Emin Həsənlinin namizədliyi həmin qrupdakı QHT-lər tərəfindən asanlıqla həzm edilmir. Bu səbəbdən də, məhz həmin qrupdakı seçkilərin daha gərgin keçəcəyini təxmin etmək olar.

Azinforum.az Vüqar Qədirovun namizədliyini hansı səbəbdən götürməsi ilə bağlı əsaslandırdığı fikirini təqdim edir:

 

“ƏZİZ DOSTLAR, HÖRMƏTLİ HƏMKARLAR!
Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun inkişafında, qeyri-hökumət təşkilatlarının maliyyələşməsi və dəstəklənməsində milli donor kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əvəzsiz rolu ictimai sektorun bundan sonra da fəaliyyətlərində xüsusi rol oynayacaqdır.
2008-ci ildən etibarən, yəni QHT-lərə Dövlət Dəstəyi Şurası fəaliyyət göstərdiyi bu 8 il müddətində Şura üzvü kimi Dövlətçiliyimizin, vətəndaş cəmiyyətinin mənafeyini daim uca tutmuş, istər Dağlıq Qarabağ probleminin, istərsədə sosial sahələrdə həyata keçirilən layihələrin dəstəklənməsində xüsusi mövqe nümayiş etdirmişəm.
Bu illər ərzində Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri Möhtərəm Cənab İlham Əliyevin etimadını hər şeydən uca tutmuş, Dövlətimizin həyata keçirdiyi siyasətin prinsipial dəstəkçisi olmuşam.
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü olduğum müddətdə gözəl dostlar, həmkarlar qazanmış, Şurada peşəkar və səmimi kollektivin formalaşmasının şahidi olmuşam.
ƏZİZ DOSTLAR!
Hesab edirəm ki, 2 dəfə ictimai birliklər tərəfindən QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü seçilməyim və cənab Prezident tərəfindən təyin edilməyim mənim həyatımın bir hissəsinə çevrilmişdir.
Buna baxmayaraq yeni QHT rəhbərlərinin öz potensiallarını üzə çıxarmalarına şərait yaratmağı ən azından özümə mənəvi borc bildiyimdən seçkilərdə öz namizədliyimi geri götürürəm.
Təbliğat müddətində mənə yaxından dəstək verən dostlarıma, QHT rəhbərlərinə xüsusi minnətdarlığımı bildirir və içdən gələn ən səmimi təşəkkürümü bildirirəm.
Layiqli namizədlərin hər birinə uğurlar və müvəffəqiyyətlər arzulayıram”.

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın