Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / Cəmiyyət / Qaz emalı zavodunun qadınları Hüseynbala Mirələmovdan YAZDILAR: “Dəfələrlə şahidi olmuşuq ki…”

Qaz emalı zavodunun qadınları Hüseynbala Mirələmovdan YAZDILAR: “Dəfələrlə şahidi olmuşuq ki…”

“Hər kəs öz qapısının ağzını süpürsə…”

Qaz emalı zavodunda çalışan bir qrup qadın Modern.az-a göndərdikləri yazıda sabiq deputat Hüsüynbala Mirələmovdan bəhs ediblər.

Həmin yazını olduğu kimi təqdim edirik:

“Son zamanlar Hüseynbala Mirələmovun ictimai fəaliyyətinə və şəxsi nüfuzuna qara yaxmağa çalışan qüvvələr və onların səslədirdiyi fikirlər bizdə təəssüf hissi doğurur. Ən azından ona görə ki, səhvsiz, yalnışsız insan yoxdur. O cümlədən, Hüseynbala Mirələmov da səhvsiz ola bilməz. Lakin burda bir məqam var. İnsanın bütöv ömründən qayçı ilə bir parça kəsəsən və əlində ağ bayrağa çevirib  onun bütün ictimai həyatını qaralamağa çalışasan. Əlbəttə, bu, hansısa bir cəmiyyət üçün yaxşı nəticə deyil. Hüseynbala Mirələmovu biz çox gözəl tanıyırıq. O, uzun müddət Azərbaycanın böyük iqtisadi əhəmiyyətə malik müəssisələrindən biri olan Qaz Emalı Zavodunun rəhbəri olub. Biz də 10 ilə yaxın bir müddət ərzində zavodda onun rəhbərliyi altında çalışmışıq. Onunla bağlı çox yaxşı xatirələrimiz var. Qayğıkeş insandır, zavodun bütün heyətinə, işçilərinə eyni gözlə baxan birisidir. Biz qadınlara da doğmalıqla yanaşır, ana-bacı münasibətlərindən heç vaxt kənara çıxmırdı. 

      
Hər şeyin başında xeyirxahlıq dayanır. Xeyirxahlıq olan yerdə, əlbəttə, qüsurlar da bağışlanandır. Hüseynbala müəllim çox xeyirxah insandır. Həm bir idarə, təşkilat, müəssisə rəhbəri, həm də bir vətəndaş kimi heç zaman xeyirxahlığından qalmayıb. Biz onunla işləyərkən dəfələrlə şahidi olmuşuq ki, qadınlara necə həssas münasibətlə, qayğıkeşliklə yanaşır.  Nəinki qadınlara, zavodun hər bir işçisinə… 
Evi olmayanın ev almasına kömək edərdi, əgər bir subay evlənmək istəyirdisə, onun elçiliyində məmnuniyyətlə iştirak edər, ehtiyacı olanlara mümkün qədər əl tutardı. İş otağının qapısı hər birimizin üzünə açıq idi və istənilən zaman dərdimizi onunla bölüşə, kömək istəyə bilirdik.  Hüseynbala müəllimin bütün həyatı hümanizm üzərində qurulub. Yüzlərlə adamın adını çəkə bilərik ki, Hüseynbala müəllim onlara böyük ürək açıqlığı, hədsiz bir səxavətlə dayaq durub, köməklik göstərib. Yaxşılıq heç zaman unudulmur. Biz əminik ki, cəmiyyətin kasıb və ehtiyac içində olan zümrəsi onun haqqında hər zaman xoş danışır. Səbəb isə çox da dərində deyil. İnsanın içindəki zərrə işığı da qiymətləndirməyə onun gücü çatır. Bütün hallarda, Hüseynbala müəllim insanın taleyini düşünməkdən, xeyirxahlıq etməkdən zövq alan insandır.

     
Yüksəldiyi ictimai pillələrə də özünün halal zəhmətilə nail olub. Kasıb bir kənddən, yoxsul bir evdən pərvazlanaraq böyük vəzifələrə yüksəlib. Onunla birlikdə çalışdığımız illər ərində bizim Hüseynbala müəllimdən narazıçılığımız, heç bir xoş olmayan xatirəmiz yadımıza düşmür. Onda hər zaman bir böyük, bir ağsaqqal ağayanalığı hiss etmişik. Onu hər zaman milli dəyərlərə sadiq bir insan kimi görmüş, tanımışıq. Təbiətindəki mərd keyfiyyətlər onun yaddaşımızdakı yerini hər zaman ehtiramla qoruyub saxlayır. Düşünürük ki, Hüseynbala müəllimin sağlam ictimai fəaliyyəti, cəmiyyət və onu yaxından tanıyanlar arasındakı nüfuzunu heç nəylə zədələmək mümkün deyil.  Hüseynbala Mirələmov həm də görkəmli yazıçıdır axı. Əsərlərindəki tale yüklü məsələlər xalqın keçdiyi ağır və şərəfli yolun təcəssümüdür.  Hüseynbala Mirələmov yazıçı və ictimai xadim şəxsiyyətilə birgə zaman-zaman yazdığı əsərlərin təsir gücüylə qoşa addımlayacaqdır. Bu, bizi çox sevindirir. Onu yaxından tanıyan qadınlar kimi deyə bilərik ki, o həm də bir vətənpərvərlik nümunəsidir. İnsanın, xalqın, torpağın taleyini düşünmək daim onun çiyinləri üzərində daşıdığı bir yükdür, bu yükün ağırlığını kənardan görməmək heç mümkün də deyil. Onun rəhbərliyi altında çalışan insanlara, xüsusilə qadınlara, qızlara qayğıkeş münasibəti bu insan haqqında hər şeyi danışır. O ki qaldı Hüseynbala Mirələmov haqqında xoşagəlməz fikir səsləndirənlərə, onlara da bir sözümüz var: hər kəs öz qapısının ağzın süpürsə, daha yaxşı olar. Onda küçələr də təmiz qalar, qəlblər də! 

Qaz emalı zavodunda çalışan qadınların adından:

Tamella Qasımova,

Vera Qadarkova,

Amaliya Əhmədova,

Nelya Nyakinina,

Züleyxa Hümbətova,

Feyziyyə Həbibulina”.

Həmçinin oxuyun

Konstitusiya Məhkəməsindən mühüm qərar

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Ombudsmanın sorğusu əsasında Cinayət Məcəlləsinin 85.3-cü və 85.4-cü maddələrinin Konstitusiyanın …