Çərşənbə axşamı , Noyabr 19 2019
Ana səhifə / Cəmiyyət / Qaydaları dəyişən yeni icra başçısı əhali ilə görüşdü – Fotolar

Qaydaları dəyişən yeni icra başçısı əhali ilə görüşdü – Fotolar

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşları qəbul edib. 

Konkret.az xəbər verir ki, vətəndaş qəbulunda 152  nəfər rayon sakininin müraciəti dinlənilb.

Keçirilmiş qəbulda müxtəlif sosial kateqoriyalardan olan vətəndaşlar iştirak edib. Vətəndaşlar tərəfindən edilmiş müraciətlər müxtəlif sahələri əhatə edib və hər bir problemin həllinə fərdi olaraq yanaşılıb.

Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapıb, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb və qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə  tapşırıqlar verilib.

Rayon rəhbəri qəbul zamanı bildirib ki, rayonun sosial-iqtisadi inkişafını yüksəltmək, əhalinin maddi rifah halını təmin etmək, rayonun abadlaşdırılması Xaçmaz Rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas məqsədlərdən biridir. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların diqqətinə çatdırıb ki, sakinlərin qaldırdıqları hər bir problemə diqqətlə yanaşılacaq, onların həlli üçün qəti qərarlar qəbul ediləcək.

Qeyd edək ki, icra başçısı təyin olunandan sonra E. Rzayevin ilk qərarı icra başçısının qəbul gününün ləğv edilməsi olub. Yeni qaydaya görə rayon sakinləri həftənin istənilən günü başçı ilə görüşə bilər.

Qaydaları dəyişən yeni icra başçısı əhali ilə görüşdü –
Qaydaları dəyişən yeni icra başçısı əhali ilə görüşdü –
Qaydaları dəyişən yeni icra başçısı əhali ilə görüşdü –

Həmçinin oxuyun

Azərbaycanda helikopterlə dəvətnamə payladılar – VİDEO

Sumqayıt şəhərinin səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb. Şəhərin əsas mərkəzi hisslərində bir neçə …