Ana səhifə / Cəmiyyət / Qaxlı müəllimi  kim bu hala salıb? – VİDEO

Qaxlı müəllimi  kim bu hala salıb? – VİDEO

112 Saylı Qax Seçki Dairəsi Azərbaycan üzrə ən aktiv və gərgin seçki təbliğatının getdiyi dairələrdən sayılır 1 Noyabr seçkiləri təkcə Azərbaycanda deyil, ATƏT, AŞPA və Avropa Parlamenti kimi digər beynəlxalq qurumlarda da diqqətdə saxlanılır.

Baş verən hər bir qanun pozuntusuna ölkə rəhbərliyi səviyyəsində kəskin reaksiya verilir və lazımi ölçü götürülür. Ötən seçkilərdə məktəb müəllimlərinin seçki prosesində iştirakı və qanunsuz müdaxilələr barədə mütəmadi xəbərlər dərc olunmuşdu. Bu il keçiriləcək Milli Məclisə seçkilərdə də baş verən qanun pozuntuları ciddi nəzarətə götürülür. Bu barədə Prezidentin köməkçisi Əli Həsənov da mətbuata açıqlamasında açıq şəkildə bildirib. Lakin sosial şəbəkələrdə yayılan bəzi video görüntülər əlavə şərhə ehtiyac duymur.

Belə ki, Qax rayonu Ləkit kənd orta məktəbinin Tarix müəllimi Vaqif Aydınova qarşı olunan təhdidlər, onun iradəsinə zidd ifadələr verməyə məcbur edilməsi Azərbaycan müəllimi adına şərəf gətirmir.

Oktyabrın 17-də Ləkit kəndində yerli sakinlərlə görüşən deputatlığa namizəd Əhməd Şahidov kəndin qayğılarından danışıb. Görüşdə çıxış edən kənd məktəbinin müəllimi Vaqif Aydınov kənddə üzləşdiyi problemlərdən danışıb, yerli məmurların təzyiqlərini sadalayıb və Əhməd Şahidova dəstəyini ifadə edib. Bundan 1 gün sonra – Oktyabrın 18-də sosial şəbəkələrdə yayılan videodan görünür ki, həmin müəllim tamamilə əks mövqedən çıxış edir. Aydındır ki, belə həssas seçki məqamında müəllimin bir günün içində mövqeyini kordinal şəkildə təriflədiyi namizədə dəyişməsinin kökündə oponent şirnikləşdirilməsi və ya təzyiqi dura bilər.  Ya da ağlı başında olan bir müəllim  gecə yatanda yuxuda qəribə yuxular görüb ki, səhər mövqeyini 180 dərəcə dəyişib. Ancaq Vaqif müəllimi yaxından tanıyanlar iddia edir ki, Vaqif müəllim yuxulara elə də inanan adam deyil.

Ləkit kənd məktəbinin Tarix müəllimi olan Vaqif Aydınovun hər iki çıxışını  izləyən oxucular nəyin baş verdiyinə özləri qiymət verəcəklər.

Həmçinin oxuyun

Xaricdə attestatla təhsil alanların diplomu tanınır?

Xarici ali təhsil müəssisələrində təhsil alanlar  ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi …

Bir cavab yazın