Ana səhifə / Cəmiyyət / Qaxda daha bir qarşıdurma: Azər Kərimli – Musa Şəkiyev savaşı başlayıb

Qaxda daha bir qarşıdurma: Azər Kərimli – Musa Şəkiyev savaşı başlayıb

Parlament seçkilərinin günü yaxınlaşdıqca bu prosesin iştirakçılarına maraq da artır.
Bu sırada uzun illər susqunluğuna və passifliyinə görə yada düşməyən deputatlar daha çox diqqət çəkir. Bu yazıda haqqında bəhs edəcəyimiz şəxs 3-cü çağırış dalbadal 112 Saylı Qax seçki dairəsindən deputat mandatı alan Azər Kərimlidir.
Bu il keçiriləcək növbəti parlament seçkilərində onun namizədliyinin irəli sürüləcəyi qeyri-müəyyəndir. Çünki biznesmen-deputat kimi tanınan A.Kərimli bu illər ərzində passivliyi ilə yadda qalıb.
Seçicilərini boykot edən deputat
Azərbaycanın ictimai-siyasi elitasında da populyar olmayan Azər Kərimlinin qısa təqdimatını verək. 112 Saylı Qax seçki dairəsindən mandat alan bu şəxs 200-2005, 2005-2010 və 2010-2015-ci illərdə də Milli Məclisin üzvü olub. Millət vəkili olduğu 15 il ərzində Azər Kərimlinin deputat olaraq, fəaliyyəti də heç bir ictimai əhəmiyyətliliyi ilə seçilməyib. Parlamentin sessiyalarının stenoqramlarında Azər Kərimlinin 7 il ərzində çıxış etmədiyi də bəlli olur. Ümumiyyətlə, parlamentin iclaslarına da təsadüf hallarda qatılan bu deputatın fəaliyyəti barədə tək danışılan onun hansısa biznes fəaliyyəti ilə məşğul olmasıdır.

Baxmayaraq ki, qanunvericilik deputatın biznes fəaliyyətinə qadağa qoyur. Amma parlamentin əksər üzvləri kimi Azər Kərimli də biznes fəaliyyətini yüksək səviyyədə quranlardandır. Onun həm ölkə daxilində, həm də xaricində bir sıra biznes şəbəkələrinin olduğu bildirilir. Azər Kərimli həm də seçicilərini boykot edən deputatlardandır. Milli Məclis əksər üzvləri kimi təmsil etdiyi rayonun əhalisinin problemlərinə biganədir. Paytaxtdan yüzlərlə kilometr uzaq məsafə olan Qax rayonundan gələn seçilərini belə qəbul eməyən deputat onları rayondakı «köməkçisinə» yönəldib.
Legitimliyi şübhə doğuran deputat necə İtaliya Cəngavəri olub?
Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçı qrupunun rəhbəri Azər Kərimli 2012-ci ildə İtaliya Respublikanın “Xidmətlərə görə” Cəngavər ordeni ilə təltif olunub. Sirr deyil ki, başqa ölkələrinin səfirliklərindən fərqli olaraq, İtaliya səfirliyi Azərbaycan mediası və vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıqda maraqlı deyil. Baxmayaraq ki, Avropa İttifaqının əsas dövlətlərindən biri olan İtaliya Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətinə susmamalıdır. Avropa İttifaqının və Avropa Parlamentinin Azərbaycanla bağlı mövqeyinin müdafiə olunmasında fəallıq göstərməlidir. Amma bunları bir tərəfə qoyub, seçicilərinin hüquqlarını qorumayan, ən azı mandatının legitimliyi şübhə doğuran bir deputata orden vermək yanlış siyasətdir. Məlum tədbirə medianın dəvətli olmaması səbəbindən Azər Kərimlinin cəngavərliyi barədə detallı bilgi əldə etmək üçün cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı maraqlı faktlar əldə etdik. A.Kərimli məhz qoz ağacı biznesini bu ölkəyə daşıyıb və mebel sənayesində istifadə olunur. Qax rayonunda qoz ağaclarının kütləvi qırılması ilə bağlı hamı deputat A.Kərimlinin adını hallandırır. Deyirlər ki, A.Kərimli ağac materialları və mebelqayırma sahəsində biznesmen olaraq Qax rayonu əhalisinin “sağlamlığının keşiyində dayanır”. Onun İtaliya dövləti tərəfindən «Cəngavar» elan olunmasının səbəbi ilə bağlı başqa bir məlumat əldə edə bilmədik. İtaliyanın Azərbaycandakı səfirliyində deputata «cəngəvar» ordeni verilib. Bu da bilgi ala bilmədim. Ona görə də cənab Kərimli özünün cəngavərliyi barədə açıqlama ilə çıxış etməlidir.
Deputatın biznes dünyası
Yuxarıdakı qeydlərdən də göründüyü kimi Azər Kərimli parlamentin biznesmen deputatları sırasındadır. Əslində qanunlara uyarsaq, bir çox deputatların mandatı təhlükə altına düşmüş olacaq. Doğrudur, onların böyük əksəriyyəti əslində özlərinə aid olan biznes strukturlarını yaxınlarının adına keçiriblər. Amma öz adları ilə işgüzar fəaliyyətdə olanlar da yetərincədir ki, bunu müəyyənləşdirmək dövlətin müvafiq qurumları üçün bir an məsələsidir. Azər Kərimli ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumatda həmçinin bildirilir ki, millət vəkili Qax rayonunda tikdirdiyi şəxsi mülkləri ilə də məşhurdur. Məsələn, bir zamanlar Qaxın İlisu kəndində sovet dövründə salınmış “Füzuli bağı” vardı. Hə, vardı… Çünki indi bu bağın sadəcə adı qalıb. Bağın yanında isə Azər Kərimlinin tikdirdiyi imarət ucalır. Məlumatda həmçinin qeyd olunur ki, Azər Kərimli faktiki olaraq Qax rayonunu idarə edir, hətta rayonun ayrı-ayrı idarə rəhbərlərini də vəzifəyə onun təyin elətdirdiyi və yaxud da vəzifədən çıxartdırdığı bildirilir. Ona görə də Azər Kərimli qoz ağacı soyqırımını rahatlıqla həyata keçirə bilir və bu qoz ağaclarından hazırlanan materialların satıldığı ünvan isə kifayət qədər maraqlıdır. Bu apardığımız araşdırmalardan ilginc faktlar ortaya çıxıb. Aydın olur ki, Azər Kərimlinin şirkətində emal olunmuş, mebel sənayesi üçün qoz ağacından düzəldilmiş lövhələr hansısa kənar ünvana deyil, məhz İtaliyaya göndərilir. İndi deputatımızın İtaliyada nədən CƏNGAVƏR kimi görünməsinin sirri də çözülmüş olur.
Qaxda icra başçısı-deputat qarşıdurması
Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bu rayondan seçilən millət vəkili Azər Kərimli arasında kəskin qarşıdurma yaranıb. Rayon İcra Hakimiyyətindən cumhuriyyet.az-a sızan məlumata görə, icra başçısı parlament seçkilərində öz adamını deputat seçdirmək istəyir. Bundan duyuq düşən hazırki deputat Azər Kərimli isə bütün əlaqələrini işə salaraq, icra başçısının əleyhinə iş aparmağa başlayıb. Məlumatlı mənbə iddia edir ki, icra başçısı Musa Şəkiliyev birinci müavini Tahir İsmayılovu deputat seçdirmək istəyir:

“Artıq rayonda Tahir İsmayılovun deputat seçiləcəyinə dair təbliğat işinə start verilib. Hər yerdə deyilir ki, Azər Kərimli bu dəfə deputat seçilməyəcək. Onun yerinə Tahir İsmayılovu seçəcəklər və rayonda artıq bu istiqamətdə ciddi kampaniya aparılır”.
Mənbə bildirir ki, 112 saylı Qax seçki dairəsini təmsil edən deputat Azər Kərimlinin indiyə qədər Milli Məclisdə bir dəfə də olsun aktivlik göstərməməsi, nə plenar, nə də Komitə iclaslarında çıxış etməməsi, seçiciləri diqqətdən kənarda saxlaması Musa Şəkiliyevin işinə yarayır. O, bunu əlində bayraq edərək, seçicilərlə söhbətlərində “Sizə Azər Kərimli kimi yox, Tahir İsmayılov kimi deputat lazımdır” deyir. Hazırda icra başçısı ilə deputat arasında münasibətlərin son dərəcə gərginləşdiyini deyən qaynağımız hesab edir ki, bu mübarizədən Musa Şəkiliyevin qalib çıxması daha real görünür: “Onsuz da Azər Kərimlinin seçicilər arasında heç bir nüfuzu yoxdur. Onu əksər seçiciləri ümumiyyətlə tanımır. Yəqin ki, bu fakt Azər Kərimlini tamamilə bitirəcək və o, bu dəfə parlamentə mandat ala bilməyəcək”.

Həmçinin oxuyun

Azərbaycanda dizel maşınlara qadağa qoyulsa, nə olacaq? – “Bu, sadəcə biabırçılıqdır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə açıqlayıb ki, hazırda atmosfer …

Bir cavab yazın