Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Qardaş Türkiyədə böyük Atatürkü bir stəkan maketinə dəyişən rəzillər də var imiş…

Qardaş Türkiyədə böyük Atatürkü bir stəkan maketinə dəyişən rəzillər də var imiş…

“Belə bir halın yaşanması Türkiyəni daxildən silkələyə bilər”
Samir Adıgözəlli: “Bu məsələni nəinki referenduma çıxarmaq olmaz, heç bu barədə müzakirənin aparılmasına belə lüzum yoxdur”

Türkiyənin Rizə şəhərinin mərkəzi meydanında Mustafa Kamal Atatürkün heykəlinin götürülməsi və yerinə çay stəkanı fiqurunun yerləşdirilməsi planı ilə bağlı müzakirələr davam edir. Şəhər bələdiyyəsi aparılan təmir işləri ilə əlaqədar götürülən heykəlin yerinə qaytarılması ilə bağlı əhali arasında sorğu keçiriləcəyini açıqlayıb.
Atatürkçü Düşüncə Dərnəyinin (ADD) Rizə şöbəsinin rəhbəri Ömər Toprak Cumhuriyyətin simvollarının referenduma çıxarılmasının qəbuledilməz olduğunu deyib.
Qeyd edək ki, Rizənin bələdiyyə sədri Reşat Kasap ölkədəki parlament seçkiləri ərəfəsində “10 Numara Projeler” başlığı altında yenidənqurma tədbirlərinə başlayıb. Bu layihənin detalları açıqlandıqdan sonra şəhərin mərkəzi meydanının yenidən qurulacağı, Atatürkün heykəlinin yerinə isə çay stəkanı fiqurunun yerləşdiriləcəyi məlum olub.
Dünya Azərbaycanlıları Konqresi İcra Aparatının rəhbəri Samir Adıgözəlli  açıqlamasında bu olayı Türkiyə tarixi üçün böyük bir ləkə adlandırdı: ” Atatürk nəinki Türkiyə, bütün dünya tərəfindən qəbul edilən bir liderdir. Onun heykəlinin hansısa şəhərdə olması həmin şəhərə yalnız başucalığı gətirə bilər. Mustafa Kamal bugünkü çağdaş Türkiyənin memarıdır. Cahan savaşında Türkiyəni az qalırdı ki, parçalasınlar. Yalnız onun qətiyyəti və türk millətinin əzmkarlığı buna imkan vermədi. Heykəlin götürülməsi bir eyib, onun yerinə stəkan heykəli qoymaq isə ikinci xəcalətlikdi. Bu məsələni nəinki referenduma çıxarmaq olmaz, heç bu barədə müzakirənin aparılmasına belə lüzum yoxdur. Belə bir halın yaşanması Türkiyəni daxildən silkələyə bilər”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın