Ana səhifə / Cəmiyyət / QARADAĞ RAYONUNDA BENZİN MAFİYASI  MEYDAN SULAYIR – YANACAQ KANİSTİRLƏRLƏ SATILIR (VİDEO)

QARADAĞ RAYONUNDA BENZİN MAFİYASI  MEYDAN SULAYIR – YANACAQ KANİSTİRLƏRLƏ SATILIR (VİDEO)

Qaradağ rayonundakı Sahil qəsəbəsində bir dənə də olsun yanacaqdoldurma məntəqəsi yoxdur. Bu isə yanacaq alveri ilə məşğul olan dəstənin birbaşa işinə yarayır. Arif və Kamal adlı şəxslər polis orqanlarının himayəçiliyi ilə qəsəbə ərazisində bir neçə yanacaq satış məntəqəsi açıblar.

Qəsəbənin mərkəzi küçəsi boyu xırda dükanlarda açıq yanacaq alveri gedir. Xırda dükanları ağzınadaək benzinli kanistirlərlə dolduraraq qanunsuz yanacaqdoldurma məntəqəsi kimi istifadə edirlər . Satış yerində heç bir təhlükəsizlik qaydalarına riayət edilmir. Bu heç mümkün də deyil. Siqaret kötüyündən yaxud ətrafdakı kababxanalardan uçub təsədüf bura düşən qığılcılm böyük partlayışa səbəb ola bilər. Yanacaq dükanları qəsəbənin gəlişli-gedişli yerində olduğu üçün insan təlafatı qaçılmazdır.
Bu məsələ ilə bağlı Reportaj.tv əməkdaşları araşdırma aparıb. Qanunsuz yanacaqdoldurma məntəqələrinin sahibinin Arif adlı şəxsə məxsus olduğunu öyrənib. Onlar məsələ ilə bağlı Qaradağ rayon 38-ci PB-nə müraciət ediblər. Şöbənin rəisi Turabi Paşayev telefonla bu qanunsuz yanacaqdoldurma məntəqələrindən xəbərdar olduğunu bildirib və qeyd edib ki, iş yerində deyil, qayıdanda rəsmi münasibət bildirəcək. Bu danışığın üstündən 1 ay keçməsinə baxmayaraq nə münasibət bildirilib, nə də polis qəsəbədə qanunsuz yanacaq alveri edən şəxslərə qarşı tədbir görüb.

 

Həmçinin oxuyun

Tibb təhsili üzrə nə qədər pulsuz yer var? – ŞƏRH

IV qrupda “Müalicə İşi” ixtisası üzrə 550 Dövlət Sifarişli plan yeri ayrılıb.Bunu təhsil üzrə ekspert …

Bir cavab yazın