Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Qaraçuxurda dezinfeksiyaya görə pul tələb edən kimdir?

Qaraçuxurda dezinfeksiyaya görə pul tələb edən kimdir?

Sosial şəbəkələrdə guya ki, Suraxanı Rayon İcra strukturları və Bələdiyyə əməkdaşlarının Qaraçuxur qəsəbəsindəki özəl obyektdən dezinfeksiya xidməti göstərdiyinə görə pul tələb etməsi barədə məlumat yayılıb.

Suraxanı Rayon İcra Hakimiyyətindən “Report”a bildirilib ki, rayon icra hakimiyyəti strukturları özəl obyektlərdə dezinfeksiya fəliyyəti ilə məşqul deyil:

“Bu gün Bakı şəhərində bir çox özəl və ya təsərrüfat hesablı müəssisələr var ki, onlar dezinfeksiya sahəsində pullu xidmət göstərirlər və bu yalnız özəl obyektləri əhatə edir. Qeyd edilən fakt tərəfimizdən araşdırılmış və məlum olmuşdur ki, insident baş verən ərazidə Əsasnaməsinə uyğun olaraq pullu xidmətlər göstərən Aqrar Xidmətlər Agentliyinin Baytarlıq İdarəsinin Suraxanı rayon sahəsinin əməkdaşları olmuşlar.

Bildiririk ki, rayon icra hakimiyyəti strukturları dövlətin balansında olan binaların, onların giriş bloklarının, liftlərin, həyətlərin, park və küçələrin dezinfeksiyası ilə məşquldur və bunun müqabilində heç bir ödəniş tələb edilə bilməz”.

Aqrar Xidmətlər Agentliyindən verilən məlumata görə, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılıb və məlum olub ki, Suraxanı rayon bələdiyyəsi tərəfindən Agentliyin hazırda məzuniyyətdə olan əməkdaşı özəl obyektdə dezinfeksiya işlərinin aparılmasına dəvət olunub:

“Agentlik koronovirusa qarşı mübarizə ilə bağlı dezinfeksiya işlərinin aparılması sahəsində xidmət göstərmir. Baytarlıq İdarəsinin əməkdaşı hansı məqsədlə dezinfeksiya işinin aparılmasına dəvət olunduğuna və bu prosesdə icazəsiz iştirakına aydınlıq gətirməyib. Araşdırma zamanı Suraxanı bələdiyyəsi tərəfindən dezinfeksiya işinə cəlb olunan əməkdaş Aqrar Xidmətlər Agentliyinin xidmət reqlamentini və daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə cəzalandırılıb”.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyinin Əsasnaməsinə uyğun olaraq Agentliyin Baytarlıq İdarəsi yalnız heyvandarlıq təsərrüfatlarında profilaktik dezinfeksiya işləri aparır.

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …