Çərşənbə axşamı , Sentyabr 22 2020
Ana səhifə / Cəmiyyət / “Qarabağsız elə bilirəm ki, hər birimiz yarımçıq yaşayırıq…”

“Qarabağsız elə bilirəm ki, hər birimiz yarımçıq yaşayırıq…”

Xəbər verdiyimiz kimi bu gün Xalq artisti Aygün Bayramovanın doğum günüdür.

Muğam ifaçısı Moderator.az-a açıqlamasında doğum günüylə bağlı öz xoş təəssüratlarını bölüşüb: “Sözün açığı doğum günümü belə təmtəraqlı keçirməyi sevməmişəm. Bu gün də mənim üçün adi günlərdən biridir. Təbriklər çoxdur, sənət dostlarım və digər yoldaşlar zəng vurub təbrik edirlər. Hamıya minnətdarlığımı bildirirəm”. 
Xanəndə karantin rejiminin tez bir zamanda bitməsini və tələbələriylə canlı görüşməsini də arzu edib:
“Tələbələrlə canlı ünsiyyətdə olmaq tamamilə başqa bir şeydir. Bizim sənətdə onlayn dərslər həqiqətən də çox çətindir. Ona görə də arzu edirəm ki, yeni dərs ilində biz işimizə başlaya bilək. Bu gün çox şeylərdən uzaqlaşmışıq, ürəklə işimizlə məşğul ola bilmirik. Yazılası mahnılarım var, amma studiyaya gedə bilmirəm. Allahdan həmişə arzu edirəm ki, pandemiya nəinki bizim ölkədən, bütün dünyadan çəkilsin və biz normal həyat tərzimizə qayıdaq. Mən ancaq bunu arzu edirəm”.
A.Bayramova Qarabağsız hər bizimizin yarımçıq ömür yaşadığını və o yerlərə qayıtmağımızı arzuladığını bildirib:
“Bu gün hamımızın ən böyük arzusu Qarabağdır. Yəni Qarabağsız elə bilirəm ki, həyatda hər birimiz yarımçıq yaşayırıq. Doğulduğumuz yerlər var, ora qayıtmalıyıq. Mən arzu edirəm ki, tezliklə torpaqlarımızı işğalçılardan azad edək. Bu mənim ən öndə duran arzularımdan biridir”. 

Həmçinin oxuyun

Şirkət rəhbəri prezidentə müraciət etdi

“Azər-Rabitə” MMC-nin direktoru Fikrət Fərzəliyev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya  müraciət edib. …