Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Cəmiyyət / Qarabağ qazisi: “Döyüşdə ayağımı itirdiyim yerlərdə olmaq istəyərdim” (VİDEO)

Qarabağ qazisi: “Döyüşdə ayağımı itirdiyim yerlərdə olmaq istəyərdim” (VİDEO)

Ötən ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanan Qubanın Amsar kəndinin sakini, 1995-ci il təvəllüdlü Anar Quliyev 44 günlük Vətən müharibəsində sağ ayağının topuqdan aşağı hissəsini minaya düşərək itirib.


“Report”un Şimal bürosu qazinin yaşadığı evə gedərək onunla və valideynlərilə görüşüb.


A.Quliyev böyük qürur hissi ilə keçdiyi döyüş yolundan danışaraq Suqovuşan istiqamətində minaya düşərək yaralandıqdan sonra hospitalda müalicə olunub. O, sağ ayağının topuqdan aşağı kəsildiyini əməliyyatdan sonra bilsə də, müharibənin Azərbaycanın qələbəsilə başa çatmasıyla təsəlli tapdığını deyib.


Qazinin valideynləri isə Vətən müharibəsində torpaqlarımızın azad olunmasında oğlullarının da az da olsa xidməti olduğundan qürur duyduqlarını bildiriblər.


A.Quliyev sonda azad olunan torpaqlarımızdan ən birinci olaraq minaya düşərək ayağını itirdiyi Suqovuşan istiqamətindəki yerlərdə olmaq istədiyini, orada son döyüşünü və əsgər dostlarını yad etmək istədiyini vurğulayıb.

Həmçinin oxuyun

“Topçu” arağına görə cəmiyyət etiraz etdi, əsgərin atası razılığını geri çəkdi…

İki gündür ki, sosial şəbəkələrdə və mətbuatda Vətən savaşının qəhrəmanlıq simvollarından biri, cəsur topçumuz Vüsal …