Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəmiyyət / Qapalı yerlərdə siqaret çəkənlərin cərimələnməsinə başlanıldı (VİDEO)

Qapalı yerlərdə siqaret çəkənlərin cərimələnməsinə başlanıldı (VİDEO)

Mingəçevirdə polis əməkdaşları reyd keçirib.Yoxlamalar zamanı qapalı yerlərdə siqaretçəkənlər və 18 yaşına çatmayanlara siqaret satanlar cərimələnib.
Gözləmədikləri anda polisə yaxalandılar.18 yaşına çatmayanlara siqaret satanlar cərimələnib.
Mingəçevir polisi yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının almaq,qapalı məkanlarda siqarət çəkənləri aşkarlamaq məqsədi ilə reyd keçirib.
Şəhərin müxtəlif ünvanlarında keçirlən tədbir zamanı, polis əməkdaşları yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan köşk və market aşkarlayıblar. Satıcılar müştərilərin azyaşlı olmasını müxtəlif bəhanələr gətirib seçə bilmədiklərini bildirsələrdə, cərimələrdən yayına bilməyiblər.
Polisəməkdaşları şəhərdə fəaliyyət göstərən çayxana və çay evlərinə də baxış keçirib. Reyd zamanı qapalı şəraitdə bir neçə müştərinin tütün məmulatlarından istifadə etdiyiaşkarlanıb.
Qanunsuz hərəkətlərə yol verən şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütamadi reydlər davam etdiriləcək.


Həmçinin oxuyun

Məktəblər ikinci yarımilin əvvəlində açılacaqmı? – AÇIQLAMA

Bu gün təhsil prosesində təmsil olunan hər kəsi məktəblərdə və universitetlərdə ənənəvi təhsil formasının sərt …