Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Qanvermə aksiyası keçirildi

Qanvermə aksiyası keçirildi

Bu gün Nərimanov rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin birgə təşkilatçılığı, Azinforum.azVətəninfo.az İnformasiya Agentliklərinin media dəstəyi ilə talassemiyalı xəstələr üçün könüllü qanvermə aksiyası keçirilib. Aksiya Azərbaycan Kooperasiya Universitetinin tələbələrinin iştirakı ilə Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzində baş tutub.

Aksiyadan öncə çıxış edən Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov ölkəmizdə 1300 talassemiya xəstəliyindən əziyyət çəkən insanın olduğunu və onlara dövlət səviyyəsində yüksək diqqət və qayğının göstərildiyini bildirib.

Keçirilən aksiyaya dəstək məqsədi ilə mərasimdə iştirak edən Azərbaycan Sosial Rifah partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı çıxış edərək belə aksiyaların keçirilməsinin əhəmiyyətinə toxundu. Millət vəkili qeyd etdi ki, Azərbaycan dövləti hər zaman terror, müharibəyə yox deyərək insanların sağlamlığının qorunmasının keşiyində dayanıb. Azərbaycan Kooperasiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov belə xeyriyyə aksiyalarının təşkil edilməsinin dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edərək gənclərin bundan sonra da aktiv iştirak edəcəyini bildirib.

Sonda könüllü gənclər qan verib. Mərkəzi qan bankında toplanan qan talassemiyadan əziyyət çəkən insanların yaşaması üçün istifadə olunacaq.

Azinforum.azqanqan2

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın